Xalqı bu günə kim qoydu?

Axı heç bir rejim cəmi 5-10 ilə bütöv bir xalqı həyasız prinsipsizlərə çevirə bilməz

Mən bəzən bir mövzuya və ya hər hansı bir fakta dönə-dönə qayıdıram. Lakin bunun səbəbi var. Həmin hadisə və faktlar ya xalqın və ölkənin, ya da şəxsən mənim taleyimdə çox böyük rol oynadı.

Xalqımız o qədər zövqsüz, səviyyəsiz bir vəziyyətə, bataqlığa qərq olub ki, Azərbaycan telekanallarının səhərdən gecəyə kimi ucuz, şit, məzmunsuz və bayağı verilişlərinə, şou-mərasimlərinə heç bir etiraz etmədən dözür, hətta onlardan ləzzət alır. Çünki savad, zövq və ruh səviyyəsi tamamilə həmin verilişlərə uyğundur. Bu da təsadüfi deyil.

Təsəvvür edirsizmi, sadəcə, çar hökuməti qalsaydı və ya ADR yaşasaydı, ölkəmiz indi hansı ucalıqlarda olardı!

70 illik kommunist totalitarizmi yüz minlərlə seçmə toxumlarımızı məhv etdi. Mir Cəfər Bağırov bütöv bir milləti şərəf və ləyaqət nümayəndələrinə çevirə bilməzdi. Amma yenə onun dövründəki şərəf və ləyaqətlilər hara, tamamilə bu cür məxluqlardan xali olan indiki dövr hara!

Lakin keçən əsrin 90-cı illərində baş verən qrandioznı hadisələr, Xalq Cəbhəsinin bir illik yarıtmaz siyasəti və nəhayət, xalqın min illik köləlik  psixologiyası bizi bu hala saldı.

Sovet dövründə balaca bir milli düşüncə və his iyi verən dayaz publisistika nümunəsi yüz min nüsxələrlə çap olunur, əldən-ələ gəzirdisə, indi milli «şahnamələr» və kataxezislərin belə, yüz nüsxəsi də aylarla satılmır. Bunun səbəbi nədir, anlamaq olmur. Axı heç bir rejim cəmi 5-10 ilə bütöv bir xalqı həyasız prinsipsizlərə çevirə bilməz.

Telekanallarmı xalqı bu günə qoydu? Ya adını çəkə bilmədiyimiz başqa-başqa səbəblərmi? Müəyyən etmək çətindir. Görünür, hamısından bir az var. İllər boyu heç bir fədakarlıq nümunəsi, heç bir qəhrəmanlıq epizodu, ağıllı, düşünülmüş fəda… heç biri yoxdur. Dünyanı dönüb baxmağa, maraq göstərməyə, müdafiə etməyə məcbur edən heç nə baş vermir.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: