Dövlətin iki fəaliyyəti

Hər hansı bir dövlət, istər demokratik, istər despotik olsun, fərqi yoxdur, iki növ fəaliyyətlə məşğuldur. Bir sahədə az, digərində çox, biri aşkar, biri gizli. Əlbəttə, demokratik, despotik olmaqla bağlı birində gizli fəaliyyət çox, digərində açıq fəaliyyət.

Lakin təbiətindən və quruluşdan asılı olaraq demokratik dövlət gizli fəaliyyəti açıldıqda dərhal maskalanır. Demokratik dövlət ümumbəşəri dəyərləri nəzərə alıb fəaliyyət göstərir, despotik dövlət isə öz eqoist planlarını, niyyətlərini düşünür.

Məsələn, Liviyada despotik Qəddafi rejimi ilə ABŞ da, Rusiya da yaxşı münasibətdə idilər. Lakin xalq 30 il bir nəfərin üzünü görməkdən, özü də xoşagəlməz üzündən, bezikib qiyam qaldırdıqda hər iki dövlət —  demokratik Amerika da, antidemokratik Rusiya da əvvəl dayanıb hadisələrin axarını gözlədilər. Lakin Qəddafi üsyana qalxmış xalqa divan tutub yüzlər və minlərlə nümayişçini qırdıqda ABŞ dərhal ondan üz döndərdi. Lakin eyni hadisə Rusiyanın siyasətində baş vermədi. Liviyalıların çəyirtkə kimi qırılması Rusiyanın vecinə də gəlmədi. Onları yalnız Qəddafinin Rusiyadan silah alması maraqlandırırdı və buna görə hətta bütün Liviya ayağa qalxanda da onlar hey diktatoru müdafiə etdilər.

Rus beyni çox qəribədir. Nə görürsə, qətiyyən onun üçün əhəmiyyəti yoxdur. Nə düşünürsə, nə ona sərf edirsə, ancaq onu görür. Necə ki, bu gün də artıq Bəşər, Qəddafi vəziyyətindədir. Artıq Amerika və bütün Avropa ondan üz döndərib. Rusiya prezidenti Putin (əsl prezident elə odur!) və onun nökəri Xarici İşlər naziri Lavrov hər gün bəyanat verib, Suriyada müxalifəti danışıqlara çağırıb Bəşəri müdafiə edirlər. Burda deyirlər ki, kor tutduğunu buraxmaz.

Rusiya üçün dost və düşmən var. Və bu «dost» ölkə ölkəsində nə edirsə-etsin, fərqi yoxdur, dost olub qalacaq. Hətta Pol Pot kimi öz xalqını kütləvi şəkildə qırsa belə, Rusiya üçün fərq etməz. Necə ki, o vaxt SSRİ rəhbərləri Pol Potun canilərini nəvazişlə «krasnıye kxmeri» deyib əzizləyirdilər.

Bəli, bütün dövlətlərin iki fəaliyyəti var. Bəzilərinin hətta görünməyən fəaliyyətləri sıfra bərabər olur. Məsələn, Çexiyada və ya Almaniyada olduğu kimi dövlətin xalqdan gizli heç bir işi olmur. Hətta xarici siyasəti də. Bəzilərinin isə məsələn, Azərbaycanın xarici siyasəti demək olar ki, ya heç yoxdur, ya da ki, necə olduğu tamamilə naməlum qalır. Hətta daxili siyasəti də. Hərçənd ki, daxili göz qabağındadır.

Bəzən gizli fəaliyyətdən heç bir iz qalmır, məsələn, Stalin rejimi kimi. O vaxt hər iki fəaliyyət çox qızğın və intensiv idi. Yüz minlərlə adamlar tutulub ya güllələnir, ya sürgün edilirdi, amma heç bir sənəd, yazı, məhkəmə aktı qalmırdı. Eləcə də, Hitlerlə müqavilələr bağlanılır, amma tamamilə gizli və sənədsiz. Niyə? Çünki aydındır ki, cinayət törədilirdi.

Amma demokratik ölkələrdə də belə hadisələr baş verir. 1961-ci ildə ABŞ-da prezident Kennedinin qətli hamıya aydın idi ki, vitse-prezident Consonun əməli idi. Çünki bu iki köklü ailə bir-birlərinin qatı düşməni idilər və Kennedi özünü daha ağıllı hesab edərək düşməni Consonu özünə müavin götürdü. Aydındır ki, o, Kennedidən daha ayıq, hiyləgər və qətiyyətli idi. Hakimiyyətinin üçüncü ilində Kennedini qətlə yetirib, avtomatik olaraq özü prezident oldu.

Bəs o boyda demokratik ölkədə bu hadisə necə gizlədildi? Kim, hansı prokuror onu açmaq istədisə, dərhal qətlə yetirildi və qısa bir müddətdə ardıcıl olaraq 36 nəfər bir-birini güllədi və nəticədə təhqiqat elə bir düyünə düşdü ki, tamamilə saysız-hesabsız qalın-qalın məhkəmə qovluqlarının içində itib-batdı.

Deməli, ABŞ-da da dövlətin gizli fəaliyyətləri olur.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: