Dinrid və çoxüzlü Amerika

Yaşlı musiqisevərlər onu unuda bilməz. Bu, səs deyil, möcüzə idi. Dahi müğənni və bəstəkar Dinrid.

Mən onun yalnız bir mahnısını – «Delayla» mahnısını eşitmişdim. Həmin mahnını o vaxt bizim Rəşid Behbudov da oxuyurdu. Lakin Rəşidin yumşaq, lirik tenoru hara, Dinridin hər hansı bir zalın pəncərələrini qırıb-tökən möhtəşəm səsi hara!

Mahnı da nə mahnı!

Sanki ağaclar, qayalar, çöllər, çaylar və hətta dənizlər əl-ələ verib oxuyurdu. Ümumiyyətlə, keçən əsrin 60-70-ci illərində bu mahnı bir xeyli müddət dünyanı gəzib-dolaşdı.

Dinrid ABŞ vətəndaşı, bəstəkar və müğənnisi idi. Amma başı yox idi, balaca qız Samanta ağlında idi. Onun düşüncəsinə görə, SSRİ dünyanın ən azad ölkəsi, Amerika isə anti-demokratik bir ölkə idi.

Əh, nəyinə lazım! İkisi də bir şeydir. Amma hər halda ABŞ hara, SSRİ hara! Tank, top, raketdən başqa heç nə istehsal etməyib, yalnız saysız diviziyalar yaratmaqdan başqa əlindən heç nə gələ bilməyən (necə ki, bugünki Putin Rusiyası da eynilə belədir!) SSRİ hara, onunla müqayisədə yüz qat azad və firavan ABŞ hara!

Bununla belə, axı ABŞ da dövlət, həm də güclü dövlətdir və şər imperiyası olan SSRİ ilə daim ideoloji müharibədədir. Niyə bilmədiyin, mahiyyətinə bələd olmadığın iki nəhəngin arasına girib haqlını yox, haqsızı, doğruçunu yox, yalançını müdafiə edirsən?

Allah sənə nə verib onu qoyub, vermədiyi, bilmədiyin işə girişirsən.

Nəhayət, həmin bu Dinrid ABŞ dövlətinin və FBR-in canını boğazına yığdı, onu passiv də olsa, təqib etməyə başladılar ki, axmaqlığından əl çəksin. Amma axı heç kim ölməyincə axmaqlığından əl çəkmir.

O, uzun illər orda-burda yaşayıb, dediklərini deməkdən əl çəkmədi. Nəticədə o vaxtkı Almaniya Demokratik Respublikasına köçüb, orada yaşamağa məcbur oldu. Amma yenə fəaliyyətindən əl çəkmədi.

ABŞ dövləti çox ziddiyyətli dövlətdir. Bir tərəfdən, totalitar rejimlər yaradan ölkələrin əleyhinə çıxıb onları ağıllandırmağa çalışır, bu, mümkün olmadıqda isə totalitarizm xəstəliyinə tutulan dövlət başçılarını aradan götürür, ya da köləliyə dözməyib ayağa qalxan və yüzlərlə, minlərlə qurban verən xalqın köməyinə çatıb zülmkarı devirir. Bu cür hadisələrin sayı-hesabı yoxdur.

Amma eyni zamanda, öz əleyhinə olanlara da göz yummur, hərçənd ki, baş qoşmaya da bilər. Amma özünün təməli də zorakılıq üstündə qurulan anqlo-sakslar irqi bərkə düşəndə yaramazlığını da yerə qoymur və beləcə, 1986-cı ildə 48 yaşında ikən Amerika əks-kəşfiyyatı onları cana yığan bu dahi və axmaq müğənnini qəzaya uğradıb canlarını qurtardılar.

 Əlisa Nicat

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: