«Dilinizi kəsib öz dəyərsiz çörəyinizi axtarmaqla məşğul olun, başqalarının dünyagörüşünə qarışmayın»

O dünya yalnız böyük ləyaqətli və zəkalı insanlar üçündür…

Əvvələn, hamınıza xatırladım ki, mən ateist deyiləm və heç vaxt da olmamışam. Hərçənd ki, bütün dünyada olduğu kimi ateistlərin də öz dünyagörüşləri ilə yaşamağa haqları var. Əgər belə olmasa, böyük və ən qüdrətli milli iftixarımız Mirzə Fətəlidən gərək imtina edəydik.

İkincisi, dinsiz sovet rejimində ilk dəfə mən, heç bir şeyx, müştehid və axundumuz yox, məhz mən Məhəmməd peyğəmbər haqqında yazılar yazmış, onun hədislərini və kəlamlarını Azərbaycan dilində çap etdirmiş və hətta ADINI «DÜNYA FİLOSOFLARI» VƏ «MÜDRİKLİK MƏBƏDİ» FƏLSƏFƏ ANTOLOGİYALARINA, DÜNYANIN DAHİ MÜTƏFƏKKİRLƏRİ CƏRGƏSİNƏ DAXİL ETMİŞƏM.

Həzrət Əliyə gəldikdə isə hələ 20-30 il əvvəl haqqında şer yazıb, onu vaxtilə çıxan «İslam» qəzetində çap etdirmişəm. Bundan əlavə, həzrəti Əlinin də adını «Nə cür bəlağət» kitabından seçilmiş aforizmləri ilə bərabər həmin ensiklopediyalara daxil etmişəm.

Ümumiyyətlə isə son illərdəki fəlsəfi yazılarımda HƏYAT NƏDİR? – məsələsinə aid çoxlu yazılar yazıb, Allahın varlığını elmi dəlillərlə sübut etməyə çalışmışam.

Dünyagörüşümü bəyənməyən və ona etiraz edənlərin bu işlərin yüzdə birini görüb, ondan sonra mənimlə mübahisə etməyə və haqqımda nəsə söyləməyə əsasları olar.

Bəli, bununla belə, mən yenə o fikirdəyəm ki, Allah bəşəriyyətin yalnız yüz milyonda bir nümayəndələrinin və nüsxələrinin taleyini idarə edir, onların öz istədiyi şəkildə yaşamalarına səbəb olur. Bir növ onları öz bilinməz niyyətinin vasitəsinə və ruporuna çevirir, istədiklərini onların diliylə ifadə edir. Əlbəttə, bütün dünyada sayları cəmi bir neçə min olan bu adamlar böyük zəka və mənəviyyat sahibləridir ki, bəşəriyyət yalnız onların hesabına mövcuddur. Qalan 7 milyard 999 milyon 999 min isə zir-zibil kimi dünyaya gəlib-gedir və Allahın onlarla, onların taleyi ilə, haçan doğulub, haçan ölmələri ilə qətiyyən işi yoxdur.

Bəli, mənim dünyagörüşüm belədir.

Bundan başqa, dünyada başqa dinlər də var ki, əksəriyyəti müsəlmanlardan fərqli olaraq daim azad və firavan yaşadıqları üçün belə düşünmək olar ki, Allahın müsəlmanlardan qat-qat çox onlara rəğbəti var.

Mənimlə mübahisə edib və mövqeyimə qarşı çıxanlar niyə belə kölə və ağır maddi şəraitdə yaşayırlar? Bu, nəyin sübutudur? Əgər onların öz dediklərinə inansaq, onun sübutudur ki, Allahın onlardan zəhləsi gedib ki, həm kölə, həm hüquqsuz, həm də acdırlar.

Belə deyilmi, cənablar? Min cür vasitə ilə, min cür vurnuxma və kələklə bir tikə çörəyinizi tapırsız ki, xristian Avropasında heç kim belə bir həyata dözməzdi. Siz isə dözür və yaşayırsız. Üstəlik, özünüzü dindar və haqlı hesab edib bir metr uzunluğunda diliniz də var.

Nəhayət, gələk biz azərbaycanlılara. Dünyanın heç bir ölkəsində 40-50 milyonluq bir xalqın ən elementar milli hüquqları, hətta öz dilində oxumaq, təhsil almaq, yazıb-pozmaq və hətta danışmaq hüquqları belə yoxdur. Bir daha qeyd edirəm, bizdən başqa bütün dünyada belə bir miskin xalq yoxdur.

Ona görə dilinizi kəsib öz dəyərsiz çörəyinizi axtarmaqla məşğul olun, başqalarının dünyagörüşünə qarışmayın!

Ona görə ac, zəlil, miskin, hüquqsuz müəllimlərin, həkimlərin və pensiyaçıların ayda 100 manat da almadığı bir millətin dini baxışlarının və dindarlıqlarının dəyəri bir qara pula da dəyməz.

Kimə lazımdır sənin dindarlığın, o dünya da yalnız böyük ləyaqətli və zəkalı insanlar üçündür ki, sizdə heç zərrə qədəri də yoxdur.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: