Şöhrət

Hələ sağlıqlarında böyük şöhrət qazanıb, adı dillər əzbəri olan yazıçı və bəstəkarlar olub. Bayron, Tolstoy, Üzeyir Hacıbəyov…

Ancaq elə hadisələr nadir, tək-tək hallarda baş verir.

Məsələn, Üzeyir Hacıbəyov yalnız Mir Cəfər Bağırov və Stalinin rəğbəti sayəsində sağlığında o cür əfsanəvi şöhrətə çatmış və adına hətta institut qoyulmuşdur.

Əksər hallarda şöhrət yalnız sənətdə istedadsızlığın, dayazlığın nəticəsində gəlir və əsl sənətkar, dahi şəxsiyyətlər yalnız ölümlərindən sonra ümumxalq, ümumdünya şöhrəti qazanırlar. Dahilərin əksəriyyəti belə olur.

Ədəbi və fəlsəfi aləmdə əksər dühaların qisməti belə olur. Spinoza, Şopenhauer, Kiyerkeqor, Stendal, Nitşe, Kafka və başqa saysız fövqəldahilərin kitabları sağlıqlarında əksər halda maklaturaya gedib.

Sovet dövründə Azərbaycanda yüzlərlə yazıçının yalnız bir neçəsi həqiqi istedad sahibi olub və onlar da mühitə, rejimə loyal münasibətləri sayəsində yaşayıblar. Cəfər Cabbarlı, Məmməd Səid Ordubadi, Əli Kərim və s.

Qalanları isə Rəsul Rza kimi

   Şöhrətimiz, qüdrətimiz partiya

    Şanlı, böyük, doğma, əziz partiya.

deməklə şöhrətə çatıb, firavan yaşayıblar. Oğlu Anar da bu gün eyni uğurla və eyni yolla atasının əməllərini davam etdirir və ona yeni-yeni ordenlər, medallar və akademiklik arzulayırıq.

Sovet dövründə İ.Əfəndiyev kimi bəzi şöhrətlilər tamamilə istedaddan məhrum olub saxta və mühitə uyğun əsərlərlə firavanlıq qazanıblar. Eləcə, bu gün də çoxları belədir. Bu adamların kitablarının sayı-hesabı yoxdur. Hamısı da dövlət hesabına çap olunur və həmin siyahıya təbii ki, heç vaxt nə «Qızılbaşlar», nə «Gəncəli müdrik» romanları, nə də başqalarının çoxdan yaratdıqları şöhrətli əsərlər düşür. Çünki Anar müəllim ancaq ona baş əyənləri, atasına və özünə tərif yazanları həmin dövlət hesabına çap olunan kitabların siyahısına layiq görür. Özü də açıq-aşkar, heç kimdən çəkinmədən və utanmadan. Bu mənada onun prinsipiallığına söz yoxdur.

Lakin ağlı başında olan bu adam bilmirəm niyə və necə unudur ki, tarix və zaman amansızdır. Necə ki, vaxtilə şöhrəti dillərə sığmayan səməd vurğunlardan cəmi 100-150 səhifəlik bir kitabça irs qaldı. Hətta məşhur «Vaqif» pyesi də ləyaqətli qəhrəman, Türk-Azərbaycan hökmdarı Ağa Məhəmməd şah Qacara və tarixi həqiqətə çirkabla dolu olduğu üçün bu gün artıq ölü əsərdir.

Реклама
Categories: Köşələr | 1 комментарий

Навигация по записям

One thought on “Şöhrət

  1. Samir Hasanli

    Dediyiniz şair ve yaziçilar ziyali deyil-xalqin gozunun icine baxib yalan danishan ziyanlidirlar.Dunya malina aludə olublar,dunyanin shirinliyine aldaniblar.Onu da qeyd edim ki,Sizin yazilarinizi daima izleyenlerde biriyem.Hormetim boyukdur Size.Aktual movzulara toxunursuz yazilarinizda.Siz heqiqet carcisi sayiram.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: