Anaxronizm

Evdə VII cildin korrekturasını oxuyanda nəcabətli kitab dizayneri Rəfaelin çıxartdığı səhifələrin arxasında kiminsə hekayələri çap olunmuşdu. Baxdım, tanıdım. Mərhum Qılman İlkinin 1500 səhifəlik hekayələr kitabı idi. Sovet dövrünün müxtəlif vaxtlarında yazılmış bu hekayələr təzədən çapdan çıxırdı. Amma xüsusilə, mənə tanış olan bir hekayə gözümə dəyəndə məəttəl qaldım. Hekayədən bir neçə parçaya siz də baxın. Söhbət Həmkarlar İttifaqı qurultayında Leninlə görüşən qubalı bir bolşevikdən gedir.

«… Lenin bütün nümayəndələrin diqqətini toplayaraq iti, kəsərli, alovlu sözlərlə danışırdı. Zaldakılar sükut və diqqət kəsilib dinləyirdilər. Leninin təsirli, cazibəli səsi, sanki təkcə burada əyləşənlərə yox, bütün ölkəyə, bütün dünyaya xitab edən səsi hər kəsi gələcəyə – yüksəklərə çağırırdı».

«… Lenin bütün dünyaya azadlıq gətirən kommunist inqilabının keçdiyi, hələ keçəcəyi çətin, mürəkkəb, lakin işıqlı yolları deyir, eşidənləri möhkəmliyə, mətanətə, birliyə çağırırdı. Orağın çəkic ilə, fəhlənin kəndli ilə möhkəm ittifaqına çağırırdı».

«… Lenini görəndə ürəyimin döyüntüsü artdı. Ömrümdə heç bir zaman özümü bu həyəcanda duymamışdım. Çoxdan bəslədiyi bu arzuya qovuşmaq məqamında özünü itirən, sadə adamların həkərəti ilə irəli yeridi. Birdən o, özü də bilmədi ki, hansı bir cəsarət, hansı bir məqsədlə uzaqdan çağırdı:

— Salam, Vladimir İliç.

Lenin keçdiyi yerdə ayaq saxlayıb səs gələn tərəfə döndü, Qasımın qolundan tutdu.

— Siz kimsiniz?

— Azərbaycan kəndlilərinin nümayəndəsiyəm. Qubadan gəlmişəm.

Böyük rəhbər onun qolundan tutub, yeyin addımlarla özü ilə apardı. Leninin sadə, mehriban münasibəti Qasımın keçirdiyi təlaşı bir anda yox elədi. Qasım sıxıntıdan, həyəcandan xilas oldu. Özünü öz idarəsində, sıravi kommunist yoldaşlarının yanında, iş otağında duydu».

Leninin «dahiliyinin» müxtəlif əlamətləri barədə hekayədə bu cür yerlər çoxdur. Bəli, bu sözlər, ifadələr, sətirlər və qiymətlər Azərbaycan Demokratik Cümhuriyyətini qan içində boğan, 1920-ci ildə Gəncədə azadlıq və istiqlaliyyət uğrunda yüz minlərlə qəhrəman oğullarımızı qətliam edən, 1920-ci illərdə yenə yüz minlərlə gənc milli zabitlərimizi, ziyalılarımızı, ADR rəhbərlərini və Müsavat üzvlərini maşın-maşın doldurub, Nargin adasında güllələdərək xəndəklərə tökdürən Lenin haqqındadır.

Arvadlar demişkən, kül başına belə tərtibçi. Yəni kitabı tərtib edən. Bu adamın heç, kim olduğunu bilmirəm. Amma onun şüurunu, səviyyəsini, məsləkini təyin etmək, müqayisə etmək üçün heç cür bir heyvan tapmaq olmur.

Mərhum Qılman Musayev (İlkin) bu hekayəni leninizmin təntənəsi dövründə yazıb. Bəs sən tərtibçi, redaktor demirsən axı Lenin belə yaxşıdırsa, belə dahidirsə, bizə belə azadlıq gətiribsə, bəs niyə Hökumət evinin yanındakı dağ boyda heykəlini aşırıb zibilliyə atdılar?

Sən bilmirsənmi «bu dahi rəhbər» nəinki dahi olmayıb, hətta idiot kimi gəbərib? Yox, şübhəsiz ki, bilmirsən. Çünki tamamilə ədəbiyyata yad olan bir adamsan və sənətin də bazarda Bakı yerköküsünü satmaqdır. Amma iş elə gətirib ki, gəlib gör nə ilə məşğulsan.

Rusiyada milyon nüsxələrlə çap olunan şərafətli İqor Buniçin «Partiyanın qızılı kitabı»na nəzər salaq. Buniçin müəyyən etdiyinə görə, Leninin evlərdən qarət edib, İsveçrə banklarında 57 milyon frank qızıl pulu olub. Bu, sənə Leninin bir cəhəti. İndi ikinci cəhətinə bax. «… Həkimlər Lenin vəfat edəndən sonra onun kəlləsini açıb beyninə baxanda dəhşətə gəlib gördülər ki, anadan olandan Vladimir İliçin beyninin bir yarımkürəsi işləməyib, yəni ölü olub. O biri yarımkürəsi də elə kəcləşib, daşlaşıb ki, həkimlər «dünya proletariatının dahi rəhbəri»nin necə yaşadığına mat qalıblar». (səh. 203)

Bu da sənə «ölkəmizə azadlıq gətirən» dahi Leninin beyni.

Əlbəttə, Qılman İlkində günah yoxdur, çünki o, bu faktları bilmirdi. Yəni Leninin ölkəmizə azadlıq yox, əsarət gətirdiyini bilirdi, amma hamı kimi pul qazanmaq, şöhrət istəyirdi, ona görə bu cür yalana əl qatmışdı.

Doğrudur, mən özüm də 19-20 yaşlarımda Leninə 5 kupletlik şer yazmışam. Amma mən çox cavan olduğuma görə, orta məktəb şagirdi və tələbə olduğuma görə heç nə bilmirdim və doğrudan da Leninin azadlıq gətirdiyinə inanırdım. Bəs Qılman Musayevə nə olmuşdu?

Yaxşı Qılman Musayev heç, bəs sənə nə olub, ay tərtibçi, ay redaktor, respublikamızda muzeyləri dağıdılan, heykəlləri uçulub zibilliklərə atılan bir adamı dahi kimi minlərlə oxuculara təqdim edirsən. Ağlın yoxdur, cəhənnəm, bəs vicdanına nə gəlib? Niyə oxucuların tərbiyəsini pozursan?

Ümumiyyətlə, mətbuat azadlığı nəticəsində bu cür zir-zibillər hər gün çap olunur. Çünki kim gəldi, hətta kartofsatanlar kitab yazıb, nəşr etdirir. Ona görə kitab, ədəbiyyat, sənət hörmətdən düşüb bu qədər cılız olub.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: