Mahiyyət

Rusiya əhalisi Qərblə müqayisədə ac və kölə, türk ölkələrinin xalqları isə (osmanlılardan başqa) ruslara nisbətən daha çox ac və kölədirlər.

Müsəlman ərəblər bütün qəhrəmanlıqlarına və verdikləri qurbanlara baxmayaraq, heç vaxt Avropa ola bilməyəcəklər.

Eləcə, Çin də daim yarımazadlıq ölkəsi olub qalacaq. Hindistan da onlar kimi.

Niyə? Çünki mahiyyətləri bu vəziyyətdən yoğrulub.

İnsan orqanizmi yad ürəyi və ciyəri qəbul etmir. Eləcə, bu xalqların dəyərlərinin cəmi özünə bərabər dərəcədə azadlıq, firavanlıq və xoşbəxtlik əldə edir. Təkrar edirik, özünə bərabər, layiq olduğu dərəcədə, başqa cür mümkün deyil. Qoz diyirlənib özünə çuxur tapmayınca dayanıb rahat olmur. Ədalət, firavanlıq bizim təbiətimizə uyğun deyil. Necə ki, xəndəklərin çirkablı suyunda forel yaşaya bilməz.

Həyətimin torpağı vaxtilə zibillik imiş. İllərlə neçə yüz ağac əkdimsə, hamısı yandı. Yalnız torpağı qazıb dəyişəndən sonra nəhayət, ağaclar tutdu. Amma yenə 50-100 illik nəhəng ağaclara dönə bilməyəcəklər,  çünki hər necə olsa, hələ ətraf yararsız, həyatsız torpaqlardır.

Xalqın isə «torpağını» dəyişmək mümkün deyil. Bunun üçün on illərlə məktəb, televiziya təbliğatı lazımdır ki, «torpaq», yəni nəsillər dəyişsin. Məktəblərimizdə və televiziya kanallarında isə tamamilə «torpağımız» zibilləşdirildiyinə görə bizə heç bir ümid yoxdur.

Azadlıq, ədalət, firavanlıq oksigeni bəzi orqanizmləri məhv etdiyi kimi, bu dəyərlər də bizim orqanizmlərimizə, yəni təbiətimizə yaddır.

Mənim 100 nəfərdən artıq oxucum ola bilməz. Etnosun mahiyyəti özünə uyğun qida tələb edir. Mən avtobuslarda hər gün yeri gələndə yanımdakılara deyəndə ki, adam azad, ədalətli, «poryadoçnı», ləyaqətli olar, onlar mal kimi lal-dinməz üzümə baxıb, ya da gülüb məni dəli hesab edirlər.

Biz buyuq və mən ağılsız da xalqın mahiyyətini, «torpağını» dəyişmək istəyirəm.

Bir daha qeyd edək, bunun üçün on illərlə azad məktəblər və azad televiziyalar lazımdır. O da ki, bizdə mümkün deyil.

Əksinə də mümkün deyil. Yəni ingilisi, fransızı, almanı, çexi, pribaltikalıları daim ac, kölə edib saxlamaq da heç vaxt mümkün olmayacaq. Necə ki, olmadı da.

Və vurğunlar, bəxtiyarlar, anarlar, nizamilər bu xalqın mahiyyətindən, ruhundan doğur. Elmarların, rafiqlərin yeri isə vaxtından əvvəl qəbiristanlıqdır.

Amma neyləməli? Sabir demişkən,

Göz görür, ağlım kəsir,

Mən günəşi göydə dana bilmərəm.

Neyləməli, bizim də misiyyamız budur.

Реклама
Categories: Köşələr | 1 комментарий

Навигация по записям

One thought on “Mahiyyət

  1. Samir Hasanli

    Fikrimcə ölkəmizdə azad,açıq cəmiyyətdə yaşamaq tələbatı olan insanlar,əsasən də gənclərimiz xeyli çoxdur.Əhalinin savadlı təbəqəsi,həm də orta təbəqəsi iqtisadi sıxıntı keçirir hal-hazırda.Ona görə ki,ölkənin təbii sərvətləri yetərincədir,lakin bu sərvətlərdən yaranan maddi sərvətlər düzgün bölünmür. Hakimiyyətdə olanlar bu sərvətin demək olar ki,90 faizini özləri mənimsəyirlər.Statistika göstərir ki, ən yüksək inkişaf etmiş ölkələrdə kitab oxuyanların sayı daha çoxdur.Gündəlik məişət qayğıları ilə çırpışan intellektual bir insanın kitab,məqalə oxumaq həvəsi xeyli azalır. Ölkəmizdə Azad cəmiyyət yarandıqdan sonra,şəxsən mənim buna şübhəm yoxdur,intellektual təbəqə səviyyəsini inkişaf etdirəcəkdir.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: