Yubiley

Mən cəmi iki şəxsə, hərəsinə də iki şer həsr etmişəm. Onlardan birinin, Səxavətin bu gün 50 yaşı tamam olur.

Mən bu şerləri vaxtilə başqa iki nəfərə həsr etsəydim, bəlkə də milyonlar qazanar, ən azı dönə-dönə deputat ola bilərdim. Amma bunu etmədim, çünki edə bilməzdim.

Əvəzində iki səlahiyyətsiz, amma qeyri-adi ləyaqətli insanlara məmnuniyyətlə həsr etdim.

Niyə? Birini kənara qoyub, 50 yaşı tamam olan ikincidən danışaq. Əvvələn, bu adam öz-özlüyündə qeyri-adi şəxsiyyətdir. O mənada ki, hamının büt etdiyi dəyərlərin necə əl çirki olduğunu bilir. İkincisi, ən əsası isə…

Təsəvvür edin ki, adam dolu bir gəmi batır, fəryad və qışqırıqdan, kömək umanların səsindən qulaq tutulur. Bu zaman yaxınlıqdan bir qayıq keçir və qayıq sahibi bu adamların hamısını tanıyır və o, əllərindəki dolu qızıl kisələrini uzadıb kömək istəyənləri deyil, heç kimin əhəmiyyət vermədiyi, bu yaxşılığın və xilaskarlığın əvəzini heç cür ödəyə bilməyəcək, amma özü kimi ləyaqət sahibi olan şəxsi qayığa qaldırıb xilas edir.

Реклама
Categories: Açıqlamalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: