Sovet dövrünə həsrət çəkənlərə

Hətta bir çox ağıllı və məsləkli adamların da dilindən sovet rejiminə tərif eşidəndə təəccüb etmirəm və bu adamları başa düşürəm. Həqiqət müqayisədə üzə çıxar, deyirlər. Bu gün mənəvi vəziyyət və ədalət prinsipi o qədər acınacaqlı səviyyədədir ki, adamlar o dəhşətli günlərə həsrət çəkirlər. Və əlbəttə, əsasən o adamlar ki, onlar hər cür mənəvi mühitə və söz azadlığının yoxluğuna biganə idilər.

Lakin ümumiyyətlə, əlbəttə, bu elə-belə, yeri gələndə deyilən sözdür. Mahiyyətcə bu gün o dövrdən müqayisəolunmaz, ağlasığmaz dərəcədə üstündür.

Əvvələn, axı insan təkcə çörək üçün yaşamır. İkincisi, doğrudur, kütlə üçün fərqi yoxdur. Kütlə bayaq dediyimiz kimi, xüsusilə, bizimkilər hər cür şəraitdə çörəkpulunu tapacaqlar.

Bu günün sahibləri nə qədər istəsələr də, nifrət etdikləri dəstənin xoşbəxtliyini əllərindən almağa gücləri çatmır. Bəli, bu gün hər yanda dövlət terrorizmi tüğyan edir, lakin o vaxt da beləydi və daha çətin, daha ağır və qorxulu idi. Bu gün rejimə meydan oxuyanlar o zaman onu bir balaca cırmaqlayanda dərhal aradan götürülürdülər. Göründüyü kimi fərq böyükdür.

Bəli, o vaxt həm siyasi və həm də ümumiyyətlə, əxlaq indikindən qat-qat abırlı idi. Rejimi onda olmayan məziyyəti və keyfiyyətlərlə bəzəmək istəyi indi qat-qat artıq vüsət alıb. Lakin bu gün ölkə nəinki beyninin yarısı çürümüş Leninin dahiyanə dərəcədə obrazlı adlandırdığı «xalqlar həbsxanası» olan çar dövründən, hətta ondan qat-qat ağır olan sovet dövründə olduğundan da azaddır. Həm də təkcə kiminsə istədiyi ölkəyə köçüb getmək mənasında deyil, daha çox düşünmək və düşündüyünü üzə çıxarmaq mənasında.

Bəli, vəziyyət anormaldır. Elmi, humanitar dövlətin idarəçiliyində olan təşkilatlarda «vopuyuşiy» ədalətsizlik və zorakılıq hökm sürür. Lakin bütün bunlar 22 milyon kvadrat kilometrlik ərazidə gecə-gündüz yalnız «şiroko strana moya rodnaya» oxumağa məhkum edilən rejimlə müqayisədə nədir ki? Heç nə. O vaxt indi tamamilə azad olan beyinlər məhbus idi, o beyinlər ki, bu gün ənginliklərdə pərvaz edirlər. Bəli, bəlkə də və ya heç şübhəsiz, bu, «xozeynlər»in ürəyincə deyil. Lakin onlar bu cür nəhəng güzəştə getməyə məcburdurlar. Bu gün zibillik içindəsənsə hünərin, əzmin, mənəviyyatın və qanadların varsa, uç göylərə, pərvaz et! Yarıac olsan da.

O vaxt isə qanadları körpə ikən yandırırdılar.

Реклама
Categories: Köşələr | 1 комментарий

Навигация по записям

One thought on “Sovet dövrünə həsrət çəkənlərə

  1. əla yazıdır.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: