ANS-in «Qatır Məmməd» sevgisi…

Biz bu məsələyə ötəri də olsa, bir dəfə toxunmuşduq. Amma məsələ olduğu kimi qaldığına görə qayıtmağa məcbur olduq.

«Qatır Məmməd» filmi vaxtaşırı telekanallarda nümayiş etdirilir (məsələn, ANS-də). Sovet ideologiyası əsasında sovet dövründə çəkilib, Azərbaycan Demokratik Cümhuriyyətinə qarşı vuruşan bolşevik Eşşək Məmmədi (qatır da elə eşşəyin bir növüdür) filmin qəhrəmanı kimi ekrana çıxarıb təbliğ edirsən, ay yaramaz! Axı o, kimə qarşı vuruşub? Müsavat zabitlərini namərd və satqın adamlar kimi göstərən bu film kimə və nəyə lazımdır? Barı, heç olmasa girişində bir komentariya ver. Nə isə… Mirsərçədən bundan başqa nə gözləmək olar.

Gələk əsas məsələyə. «Ölsəm, bağışla» filmi (bilmirəm rejissor və ssenari müəllifi kimlərdir) onunla qurtarır ki, əsərin qəhrəmanı harasa, Kislovodskiyə-zada köçür və orada düşmənləri ilə sözü çəp gəlir. Düşmənlər də aydındır ki, ermənilərdir. Onlar filmin qəhrəmanını «razborkaya» çağırırlar və o da gedəndə arvadı yalvarıb onun tapançasını alır (guya, əlindən xəta çıxmasın) və qəhrəman yalın əllə düşmənlərin yanına yola düşür. Aydındır ki, öldürüb, meyitini də gətirib qapısına atırlar.

Yaxşı, ay axmaq rejissor, tutalım ki, bizimkilər həyatda lap belədirlər, harda ki, arvadın sözünə baxmaq lazım deyil, orda baxırlar və həqiqətən də maymaqdırlar, axı sən milyonlarla tamaşaçılar, gənclər və uşaqlar üçün film çəkirsən, ona baxıb nümunə götürəcəklər, niyə qəhrəmanını bu cür qanmaz edib, ürək ağrıdan məğlubiyyətə düçar edirsən? Bütün dünyada, hətta hind filmlərində də qəhrəman filmin sonunda düşmənlərinə qalib gəlir və bununla da millətinin uşaqları tərbiyə olunur. Elə 20-30 il bundan qabaq çəkilmiş «İsti torpaq» və başqa türk filmləri də bu cürdür. Əsərin qəhrəmanları təkbaşına düşmənlərin içinə gedib onların hamısını məhv edərək, özləri də qəhrəman kimi həlak olurlar, amma yazıq Fəxrəddin Manafovun qəhrəmanı kimi miskincəsinə ölmürlər.

Bəli, buna görədir ki, mənim kimi çoxları səhərdən-axşama kimi bayağı müğənnilərin və ucuz aktyorların meydan suladığı Azərbaycan telekannallarına qətiyyən baxmırlar.

«Ölsəm, bağışla» filminin rejissoruna (əgər sağdırsa) bir daha xatırladım ki, ABŞ-da indiyə qədər çəkilmiş 1 milyona qədər bədii filmin heç birində qəhrəman bu cür rüsvaycasına məğlub olmur, əksinə, hətta öz dövlət orqanları ilə, polislə belə, müharibəyə girib qalib gəlirlər. Və bu da ABŞ vətəndaşlarının xarakterini müəyyən edən, onları şəxsiyyət və qəhrəman kimi tərbiyə edən bir amilə çevrilir.

ABŞ-da hətta banditləri də qəhrəmana çevirirlər. Təki millət çəsur, qorxmaz, ən başlıcası isə güclü və məğlubedilməz olsun və gördüyümüz kimi belə də olub.

Реклама
Categories: Köşələr | 1 комментарий

Навигация по записям

One thought on “ANS-in «Qatır Məmməd» sevgisi…

  1. Samir Hasanli

    Bəli nahaq yerə bu dediklərinizi telekanalizasiya adlandırmırlar.Mən şahidi olmuşam ki,ANS telakanalizasiyasına vətəndaş zəng edir müstəntigdən şikayətlənir.Başa düşürsən ki,vətəndaşa qarşı haqqsızlıq olub.Sonra aparıcı müstəntiqə zəng edir.Müstəntig də həmişə olduğu kimi yalanı-yalan dalınca qoşur.Və sonda aparıcı məniqsiz bir söz işlədib nala-mıxa vurub bu movzunu sona çatdırır.Bu imitasiya etməkdir,güya ki, hansisa bir problemi həll etdik,hətta müstəntiqə sual verdik.Yazıqlar olsun bunlara!

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: