Açıq məktub

Cənab nazir, evlərin fasadına, zahiri bəzəyinə yüz milyonlarla pul xərclənir. Lap yaxşı. Bu da lazımdır. Çünki dövlətimizin gəliri çoxdur və ildən-ilə artır. Ona görə bu gün mən sizi tamam başqa bir məsələ – böyük Üzeyir Hacıbəyov irsinin unudulmuş nümunələrinin işıq üzü görməsi barədə qərar verməyə çağırıram.

Cənab nazir, yəqin məndən yaxşı bilirsiz ki, Üzeyir Hacıbəyov kimi dahi bir bəstəkarın bütün yaratdıqlarına ölməzlik möhürü vurulub. Ona görə onun hətta sovet dövründə, 20-ci illərdə belə, göstərilən «Şah Abbas və Xurşudbanu» adlı misilsiz operasının insafsızcasına yaddan çıxarılmasına dözmək olmur. Halbuki, həmin operanın klaviri də, partiturası da var və siz istəsəniz, opera yenidən işıq üzü görüb, musiqisevər xalqımızın təşəkkürlərini qazanarsız.

Hörmətli cənab nazir, sizə xatırladım ki, Motsartın 600 əsərinin hamısı, o cümlədən, 28 operası diskə yazılaraq, bütün dünyaya yayılır. Eləcə də, Bethovenin və başqa Avropa musiqi dahilərinin əsərləri də. Amma bəs niyə Üzeyi bəyin 3 misilsiz kontatası («Stalin haqqında» kontata, «Firdovsinin min illiyinə» və «Vətən və cəbhə» kontataları) bu cür insafsızcasına unudulub? Sizin bütün fəaliyyətinizi turizmlə bağlayıb, musiqi aləmini tamam unutmağınıza heç cür haqq qazandırmaq olmur. Axı siz ilk növbədə mədəniyyət və sonra turizm nazirisiz.

Deyə bilərsiz ki, «Stalin haqqında» kontata köhnəlib və ya «Firdovsi» kontatası nəyimizə lazım? Əlbəttə, siz həmin kontataların mətnini nəzərdə tutursuz və haqlısız da. Amma axı bu işi bir gündə həll etmək olar, elə deyilmi? Şairlərimiz küçədə veyllənirlər. Hansını çağırıb 100 manat versəniz, dərhal həmin kontatalara istədiyiniz mətni yazdıra bilərsiz. Elə deyilmi? Axı ayıb deyilmi, Ermənistanda Komitas, Armen Tiqranyan və başqalarının, Gürcüstanda Zaxar Paliaşvilinin, D.Arakişvilinin, M.Balançivadzenin və başqalarının bütün əsərləri ifa olunub diskə yazılır, xalqa çatdırılır, bizdə isə Müslüm Maqomayevin misilsiz «Nərgiz» operası bir kənara atılıb. Halbuki, dediyim yolla həmin operaya da çox asanlıqda yeni bir libretto yazdırıb, tamaşaya qoydurmaq olar və bu, sizə nə qədər savab gətirər (əgər Allaha inanırsızsa).

Cənab nazir, sizin fəaliyyətinizdə adınız qalsa, ancaq bu işlərə görə qala bilər və hamı deyər ki, bəs bu kişi belə böyük işlər qoyub getdi. Elə deyilmi? Kimin vecinə gələcək ki, Əbülfəz Qarayev vaxtında Azərbaycana bu qədər turist gəlib…

Hörmətli Əbülfəz Qarayev, zənn edirəm ki, bu məktubu qulaqardına vurmaq dərəcəsində milli dəyərlərə biganə olmayacaqsız.

Hörmətlə

Əlisa Nicat

Реклама
Categories: Açıqlamalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: