Üzdəniraq uzaqgörən

Qəzetimizdə Zirəddin Rzayev adlı bir cavanın böyük bir xəbər agentliyinə verdiyi çox gülməli proqnozlar çap olunub. Mən də oxuyub, o ki var güldüm. Agentliyin müxbirinin səviyyəsizliyi bu üzdəniraq peyğəmbəri ifşa etməkdə ona mane olub. Amma mən üzümü həmin cavana tutub deyirəm: – Ay bala, niyə özünə ayrı bir sənət tapmırsan? Ona görəmi ki, cəmiyyətin səviyyəsi sıfır dərəcəyə enib? Ona görəmi ki, bu, ən asan bir peşə olub? Deyirsən bu il Yaponiyada zəlzələlər olacaq. Ay bala, məgər bu ölkədə hər il zəlzələlər olmur? Deyirsən Pakistanda, Fransada, Türkiyədə asayişin pozulduğunu görürsən. Bunu kim görmür ki? Həmin ölkələr üçün bu, adi hal deyilmi? Deyirsən yerli hakimiyyətlər narahatlıq içində yaşayacaqlar. Yox a? Qoy görək! Pah atonnan, nə böyük peyğəmbərlik.

Deyirsən Argentinada, Braziliyada, Çilidə, Kolumbiyada, Venesuellada bu il təbiət fəlakətlərdən sığortalanmayıb. Demirsən a, fəlakətlər olacaq, deyirsən ki, sığortalanmayıb. Yəni özünü də sığortalayırsan. Olsa, vay, gördüz də mən demişdim axı, olmasa, deyərsən ki, mən deməmişdim ki, mütləq olacaq.

Ay bala, sən məntiqin nə olduğunu bilmirsən. Kim deyə bilər ki, hansı bir ölkəsə təbii sığortalanıb? Heç kim.

Ayıb deyil, «anspress»i, Mir Sərçəni (yəni Mir Şahini) ələ salırsan?

Deyirsən ABŞ-da tanınmış siyasi xadimin səhhətində problem olacaq. Pah atonnan, kimin səhhətində olmur ki? Elə sənin özünün səhhətində axtarsan, nə qədər problem çıxar. ABŞ-da səhhətində problem olan siyasi xadimlər doludur və hansınınsa ciddi və ya qeyri-ciddi şəkildə xəstələnməsi adi hal deyilmi?

Ay bəsit və eyni zamanda hiyləgər bala, adam bir işə başlayanda yaxşı-yaxşı ölçüb-biçər. Sən məsələn, bazarda kartofsatan olsaydın, necə təbii olardı. Amma onu çətin peşə hesab edib gəlib gör nə ilə məşğulsan – ekstrasens! Bəh, bəh!

Deyirsən Rusiyada hərbi sahədə böyük irəliləyiş görürsən. Ay bala, bunu Putin elan edib də. Bəs qarşıdakı illər üçün 20 trilyon rublu nə üçün ayırıblar? Burada daha nə peyğəmbərlik?

Sən yaxşı ki, hələ 2012-ci ildə günəşin Şərqdən doğacağını elan etmirsən. Görəsən, nə əcəb? Yəqin ki, ağlına gəlməyib.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: