Xırda «moşennik»lər ölkəsi

Varlı villalarını çapmaq, bank yarmaq, inkasator soymaq əlbəttə, kişilik, hətta müəyyən mənada qəhrəmanlıqdır. Necə ki, Avropa, ABŞ və başqa kapitalist ölkələrində çoxlu pul əldə etmək istəyənlər belə də edirlər.

Ancaq dılğır ölkələrdə miskin xalqlar bu cür hadisələrin nə olduğunu demək olar ki, bilmirlər. Çünki adamlarında dediyimiz xüsusiyyətlər yoxdur.

Bəs nə var? Adamların, xalqın hədsiz tamahkarlığını bilib bizdə ancaq «muncuq əhvalatları» baş verir.

Bu barədə keçmişdə bəhs etmişdik, bir də xatırlamağa dəyər. 7-8 il qabaq Nərimanov rayonunda, redaksiyamızın yaxınlığında 1-2 adam müvəqqəti ofis açıb, bir xeyli kiçik muncuq toplayaraq elan etdilər ki, bəs kim 100 dollar verib bu muncuqlardan bir qədərini sapa düzsə, gətirib təhvil verərək 200 dollar ala bilər. Və əvvəlcə, 2-3 adam ürkə-ürkə gəlib 100 dolları verərək muncuqları aldılar və 2-3 gün sonra gətirib təhvil verərək doğrudan da 200 dollarlarını alıb getdilər. Dalbadal 5-6 nəfər beləcə, xeyli qazandı. O vaxt dollar indikindən çox-çox qiymətli idi.

Və bunu görüb qırğın başlandı, nə başlandı. Adam əlindən ofisə yaxın düşmək mümkün deyildi. Bir neçə yüz adam – kişi və əksəriyyəti arvad dayanıb içəri girmək, 100 dollar verib muncuq almaq üçün qırğın-qiyamət edirdilər. Səs-küydən qulaq tutulurdu və içəri girmək hədsiz çətin idi. Çünki növbə-zad yox, elə- belə, kim keçdi idi.

2-3 həftədən sonra bir də gördülər ki, səhər ofis bağlıdır. Əllərində sapa düzülmüş muncuq yüzlərə adam gəlib yığışdılar. Ora-bura baxdılar, ha gözlədilər, amma heç kim meydana çıxmadı və sonra bir nəfər gəlib dedi ki, bəs mən bu evi bir aylığa kirayə vermişdim, pulu əvvəlcədən verib qaçıb gediblər.

100 dollarları əldən çıxan adamlar dəli kimi olub qışqırıb-bağırdılar, amma nə faydası. Hətta Nərimanov rayon İcra Hakimiyyətinə şikayətə də yığışdılar. Amma onları qovdular. Çünki bu işin dövlətə dəxli yox idi.

Bu hadisədən 7-8 il qabaq «8-ci kilometr» qəsəbəsində açılıb, adı hər yana yayılan «Vahid Bank» da bir vaxtlar yüzlərlə adamla bu cür oyun oynamışdı.  Amma o vaxt camaat 100 dollar deyil, 100 min manatlarla pullarını, evlərini, maşınlarını itirmişdilər.

Bəli, küçələr, qəzetlər bu cür elanlarla doludur. Filan yerdə işə düzəldirlər, filan yerdə filan məsələ ilə məşğul olur, ev alıb-satır, sənət, peşə öyrədirlər. Amma bir şərtlə, hamısı əvvəlcə müəyyən məbləğdə azı 100, 50, hətta 20 manat beh istəyirlər.

Bəli, belələrinin sayı-hesabı yoxdur və onların mövcudluğu sübut edir ki, hələ də bu cür tələlərə ilişənlər tapılır və hətta çoxdurlar.

Bizdə pul qazanmaq istəyənlər bax bu cür nakişilər, dılğırlar, dələduzlardır. Bizdən bank yaran, villa çapan çıxmır. Çünki bunun üçün ürək, cəsarət və nəhayət, ağıl tələb olunur. Bizimkilərdə isə bunların heç biri yoxdur.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: