Siyasi proqnoz

Bu günlərdə nəhayət, bir nəfərlə tanış olanda doğrusu, Azərbaycanda sağlam düşüncəli adam gördüyümə xeyli təəccüb etdim. Azərbaycanda əlinə qələm alıb kağız və monitor korlayan adamlar doludur. Lakin ən gülməlisi siyasi proqnoz verənlər və belələrinin padşahı Ənvər Börüsoydur ki, neçə illərdir gah Ermənistanı çökdürür, gah Azərbaycanı parçalayır, gah Rusiyanın axırına çıxır, gah Borçalı əhalisinin necə bədbəxt olduğundan söz açır (halbuki, yazıq borçalılar gürcü əsarətində də tamamilə özlərini xoşbəxt hiss edirlər!), ən çox isə İran azərbaycanlılarının inqilab və müstəqilliyinin müjdə verəni olub. Amma bütün bunların və başqa proqnozlarıın heç biri nəinki baş vermir, heç əlaməti də yoxdur. Niyə? Çünki bu adam xalqların psixologiyasından tamamilə xəbərsizdir və yalnız hadisələrin zahirinə baxıb peyğəmbərlik edir.

Tanış olduğum və mənə sağlam düşüncəli, ağıllı bir insan təsiri bağışlayan Fəxrəddin Salim bəy isə İran türklərinin yalnız qulaqlarını görəndə azad və müstəqil ola biləcəklərini deyir və tamamilə haqlıdır.

Niyə? Çünki bu millət müstəqillik, azadlıq yox, yalnız və yalnız sərvət, pul, qazanc hərisidir və hətta taleyin hansı bir şıltaqlığı ilə müstəqil olanda belə (Xiyabani dövrü və 1945-46-cı illər), heç uf da demədən həmin azadlıq və müstəqilliyi itirirlər.

Bəli, siyasi proqnoz vermək, dənizi qara rəngdə görüb Qara dəniz adlandırmaq deyil, xalqın meyllərinə, arzu və amallarına bələd olmaq və onun bu amallar uğrunda qurban getməyə hazır olmasının dərəcəsi ilə bağlıdır.

Cənubi azərbaycanlıların nümayişləri isə «par buraxmaqdan», necə deyərlər, yeli çıxmaqdan başqa heç nə deyil və mənim bu mənada Çöhrəqanlıya da, Qulamrza Təbriziyə də yazığım gəlir.

O xalq azad olur ki, azadsızlığa dözə bilmir. Bizdə isə Allaha şükür, dözüm boğazacandır və bu cəhətdən heç kim bizə çatmaz.

Bizim Zülfüqar Hüseynzadənin «Fransız həyasızlığı» yazısında Sarkozinin Azərbaycan hakimiyyətinin başçısına məktubundakı dostluq hisslərinin səmimiliyinə şübhə etməsinə gəldikdə isə, dostumun buna şübhə etməsi çox nahaqdır. Fransa prezidentinin hissləri Zülfüqarın iddia etdiyi kimi qətiyyən saxta deyil, tamamilə səmimidir. Zülfüqar bizim kimlərin zurnası ilə oynadığımızı bilmirmi? Bizim daxili və xarici siyasətimiz kimlərə sərf edir, bunu da dostum bilmirmi? Belə çıxır ki, bilmir. Kim Şəhidlər Xiyabanına getdi, getmədi, bu boş məsələdir, Zülfüqar! Çünki Şəhidlər Xiyabanı özü oyundur.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: