VATSLAV HAVELƏ ELEGİYA

Doğrudan da Belmando və ya Alen Delonun qocalıb necə köməksiz, öz bütün ləyaqətlərindən məhrum olduğunu, əldən düşdüyünü görmək nə qədər acıdırsa, Vatslav Havel kimilərin öldüyünü eşitmək ondan da acıdır.

İnsanın həyatından başqa nəyi var? Heç nəyi. Əgər bir şəxs həyatını öz xalqının azadlıq və səadəti uğrunda xərcləyirsə, bu, bütün bəşəriyyətə xidmətdir.

Vatslav Havel böyük istedadlı dramaturq idi, publisist idi. Amma o, istedadını bizimkilər kimi yaramaz mühitin şəninə deyil, əksinə, ifşasına həsr etdi, başına nələr gəldi, dönə-dönə həbs olundu. Amma ümidsiz bir mübarizədən əl çəkmədi.

Əgər Qorbaçov və Yeltsin olmasaydı, bu mübarizə və qurban verilən həyat bəlkə də, səmərəsiz olacaqdı. Lakin elə Qorbaçov və Yeltsini doğan, yaradan, formalaşdıran, havellərin yanar ürəkləri deyilmi?

Bilirsizmi, bizə hardasa, demokratiya və xoşbəxtlik yaraşmır. Doğrudur, 70 illik sovet dövründə pərvanə kimi özünü oda atıb yandıranlarımız olub, lakin yalnız yaradıcı fərdlər azadlıq carçısı olanda bu azadlıq yaxınlaşır.

Adlı-sanlı insanların – Saxarov və soljenitsinlərin  üsyanı tiranlığı çökdürür.

Yadımdadır, 1968-ci ildə sovet tankları Praqaya girəndə buna etiraz olaraq şəhər meydanında özünü yandıran tələbə Yan Palaxa şer həsr etmişdim. Onu mərhum dostum Natiq Səfərov oxuyanda dedi ki, Əlisa, yazıqsan, cır at, ələ keçər, o dəqiqə yanarsan.

Havel də özünü yandırdı, amma tədricən.

Sadəlövh Nazim Hikmət doğru yazırdı ki,

Sən yanmasan,

Mən yanmasam,

Necə çıxar

Qaranlıqlar aydınlığa?

Lakin Havelin bəxti gətirdi və xalqının azadlıq gününü gördü. Təmiz, namuslu, ləyaqətli Çex xalqı bizdə olduğu kimi hiyləgərləri, jandarm ikən dərhal dönüb mühitə uyğunlaşanları deyil, məhz onu, keçmiş məhbusu özlərinin ilk prezidenti seçdilər. Həm də dönə-dönə!

Bəli, azadlığa, xoşbəxtliyə layiq olanlar onu görür və bu azadlıq və xoşbəxtliyi xalqa Havel kimilər gətirir.

Havel, ölkəsinin prezidenti ikən xalqı tərəfindən həqiqi oğul kimi sevilirkən səlahiyyətləri başa çatmamış hakimiyyətdən getdi ki, qoy başqaları da gəlsin. Nəcib, böyük, azad insanlar belə olur. Hakimiyyətdən dişiylə, dırnaqlarıyla yapışıb qalmırlar.

Eşq olsun sənə, Vatslav Havel! Heyf ki, sənin kimilər də hamı kimi eyni mənzilə gedir. Heyf!

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: