Təbiətin məqsədi

Məni daim düşündürən məsələlərdən biri də insanların onları heyvanlardan və başqa canlılardan fərqləndirən bir xüsusiyyəti, yəni yaratmaq qabiliyyətidir. Amma adi şey deyil, şedevr yaratmaq qabiliyyəti. Doğrudur, bütün canlılarda bu qabiliyyətin heç izi-tozu yoxdur. O yalnız yüz mində və ya milyonda bir insana verilir.

Filosof – fikir şedevrləri, bəstəkar – musiqi, yazıçı-şair – nəsr və nəzm əsəri, rəssam – tablo, heykəltəraş – heykəl və nəhayət, elm nəhəngləri – kəşflər və ixtiralar edirlər.

Bəşəriyyətin sayı 8 milyard, bu cür adamların sayı isə bir neçə yüz və ya min nəfər olar. Təxminən milyonlardan biri dahi doğulur. O da ancaq həmişə və hər yerdə yox. Bir yüzillikdə onlardan bir xeyli, digər yüzillikdə isə heç biri olmur və ya psevdo dahilər – yəni yalançı dahilər onları əvəz edir.

Məsələn, XVII-XIX yüzilliklərdə musiqi sahəsində Mısliçek, Bax, Hendel, Rossini, Motsart, Bethoven, Şubert, Ştraus, Donisetti, Bize, Rimski-Korsakov, Çaykovski var idisə, XX yüzillikdə isə Üzeyir bəy istisna olmaqla və hərəsi bir və ya iki kiçik janrlı şedevr yaratmaqla demək olar ki, heç bir dahi yetişməmişdir. Özlərini dahi kimi təqdim edənlər isə bol olmuşdur. Belə psevdo dahilər Stravinski, Bartok, Oneqqer, Prokofyev, Maler, Qerşvin, Xaçaturyan, Şönberq, Şostakoviç və başqalarıdır.

Yaxud, əgər qədim Çində və Yunanıstanda hər əsrdə bir neçə və hətta onlarla mütəfəkkir doğulub yaratdıqları halda, sonrakı əsrlərdə xüsusən, Yunanıstanda onların bircəsi də olmamışdır.

Məsələ bunda deyil, yəni bu, ayrı bir mövzudur. Bizi maraqlandıran isə ümumiyyətlə, dahilərin meydana gəlmə səbəbləridir. Bəziləri bunu müxtəlif fizioloji, bioloji və psixoloji sapıntılarla bağlayırlar. Doğrudan da, axı niyə gərək bir milyardlıq şəhərin adamları məsələn, tarakanlardan, siçanlardan və ya sərçələrdən qətiyyən fərqlənməsin? Amma bir və ya iki nəfəri isə məsələn, «Polyuşka-pole» mahnısını yaratsın və ya hərəsinə 12 kinofilm və ya bir neçə opera yazılan videodisk kəşf etsin, ya da Kvant nəzəriyyəsini tapsın?

Bu, necə olur və ən əsası nə məqsədlə olur?

Əlbəttə, ilk araba çarxını və ya Mixi yazısını kəşf edən də dahi olub. Amma o hara, Pozitronu görməyə-görməyə onun mövcudluğunu söyləyən Dirak hara.

Xülasə, Bethoven niyə yaranmışdı? Doğrudur, hazırda biologiya, genetika elmləri beyni dərindən tədqiq edib buna cavab verir və verəcəklər. Amma bu, səbəbin cavabı olmayacaq, mexanizmin cavabı olacaq. Yəni bioloqlar cavab verəcəklər ki, bu beyində bu mərkəzin dominantlığı dahiliklə nəticələnir. Bəs niyə bu mərkəz yaranır və dominant olur? Ona isə cavab verə bilməyəcəklər.

Amma bu cavab lazımdır və bu cavabı verməyə çalışaq.

Qədim Yunanıstanda muza – ilham pərisi vardı. Yəni adama yazmaq həvəs gəlir və ona muza deyirdilər. Bu həvəs hər cür yaradıcılığın təkanvericisi olurdu. Lakin muza da təbii ki, ayrı-ayrı ünvanlara gəlirdi. Bəlkə, özü seçirdi? Bunun əhəmiyyəti yoxdur. Söhbət ondan gedir ki, ümumiyyətlə, bu zərurət niyə meydana gəlmişdi?

Hər xalqın az, ya çox qələm əhli – şer, nəsr, dramaturgiya yaradanları olur. Hətta elə xalqlar da var ki, məsələn, bizim ki, avaraçılıqdan hamısı şair və ya qələm sahibinə dönür. Lakin aydındır ki, bunlar «muza xanım»ın sevgililəri deyil və bizim söhbətimizin predmeti sayılmır.

Biz dahilərin – bəşəriyyətin qaymağı olan bu milyonda, on milyonda birlərin genezisini axtarırıq.

Məlumdur ki, insan Təbiətin, onun «kansleri» olan Təkamülün son məhsuludur. Yəni insan dəstəsi canlı aləmin yaradılan axırıncı növüdür. Hər canlı dəstəsi tarixin müəyyən dövründə meydana gəlib. Məsələn, iynəcə, bir çox sürünənlərin və ya qarışqaların yaşı milyardı keçib. Məməlilər onlardan çox-çox cavandırlar. Məməlilərin də ən gənc nümayəndələri primatlar və insanlardır. Deməli, Təbiət meymunu ayağa qaldırıb Yer kürəsinin hegemonu edəndə fikirləşib ki, bu növün içindən ayrı-ayrı fövqəlnüsxələr yaratsın ki, bununla da kainatın cansız və canlı aləminin təkamülünə yekun vursun. Və onlara, həmin fövqəlnüsxələrə elə bir məziyyət versin ki, onlar indiyə qədər yaşamış bütün canlıları ki növləri milyonlarladır, həm onların, həm də bütün cansız aləmin – planet, ulduz, qalaktikaların təkamülünü sistemə salsınlar. Onun məna və missiyasını anlamağa çalışıb səbəb və nəticələri, baş vermiş bütün vaqeələri ratifikasiya edib, bütün bu canlı aləm məhv olanda canlı və cansız varlığın dərki öz bütün əlvanlığı ilə yadigar qalsın. Aydındır ki, insan öz yolunu azıb əzəli xüsusiyyətlərini itirir. Bu da onun axırının çatdığına işarədir. Mavilik və onun leqallaşdırılması bunun əlamətlərindən biridir. Ona görə son bir neçə minillikdə dünyaya gələn bu cür çoxlu dahi mütəfəkkirlər, bioloqlar, genetiklər, astonomlar, fiziklər, yazıçılar, sisioloqlar təkamülün sonbeşikləri sayılaraq özlərindən qabaq və sonsuz ənginliklərdə davam edən bu həngamənin tarixini, mahiyyətini və mənasını açmağa çalışsınlar. Yəni bir növ, məhv olacaq kainatın qüssəli elegiyasını  yaratsınlar.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: