Satqınlığa hazır

Hələ eradan əvvəl VI yüzillikdə öz ölkəsinə xəyanət edib ordusu ilə düşmənlərə qoşulan Midiya sərkərdəsi Qarpaqdan başlamış, ta bizim günlərə qədər satqınlığın bizdə necə dəbdə olduğu hamıya məlumdur.

Satqınlığa bu və ya digər dərəcədə bir çox xalqın arasında rast gəlmək olar. Lakin bir şərtlə, ideoloji səbəblərdən düşmən tərəfə keçənlər tamam başqa hadisədir.

Lakin bizdə, azərbaycanlılarda bu, istisna olunur. Çünki aramızda məsləkin qulu olan adamlar bəlkə də, yüz minlərdən, hətta milyonlardan biridir. 99,9 faizimiz məslək nə olduğunu bilməyənlərdir. Məslək dedikdə vətənini sevən, onun yolunda ölümə hazır olan (hərbçi kimi yox a, adi vətəndaş kimi), onun xoşbəxtliyinə, firavanlığına, demokratik dəyərlərinə qəsd edən hər cür hakimiyyətə – yox! – deyib mübarizə aparanlar nəzərdə tutulur.

Belələri isə bütün ölkədə 100 nəfər olsa, böyük şeydir.

Amma əksinə, bir qab yal əvəzinə hər cür müstəbid rejimi alqışlamağa hazır olan və alqışlayan, bu işdə hər cür rəzilliyə hazır olanlar əhalimizin 99,9 faizindən az olmaz.

Satqınlıq dedikdə biz əlbəttə, vətənə xəyanəti deyil, HƏQİQƏTƏ, AZADLIĞA, ƏDALƏTƏ xəyanəti nəzərdə tuturuq!

Bu cəhətdən bizim dünyada tayımız-bərabərimiz yoxdur. Bu cəhətdən biz dünyadakı 250 millət içində birinci yerdəyik. Azərbaycanlı hər cür simasızlığa və şərəfsizliyə hazırdır. Niyə? Vəzifə, pul – yəni yal xətrinə.

Axı niyə beləyik?

Əvvələn, analarımızın tərbiyəsi belədir.

İkincisi, atalarımızın nümunəsi bu cürdür.

Üçüncüsü, bağçada və məktəbdə bunun əleyhinə olan prinsiplər təbliğ olunmur.

Dördüncüsü, məhəllə uşaqlarında, dostlarda bunun əksini görmək olmur.

Beşincisi və ya birincisi və ya ən əsası, ölkə hakimiyyətinin buna sövq və məcbur etməsidir.

Altıncısı, hamı hamıda bunu görür.

Bu mövzunu geniş şəkildə tədqiq etmək də olardı. Lakin hazırda buna tələb və zərurət yoxdur.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: