General Dmitri Polyakov

O, KQB-nin ən məxfi, ən qorxulu şöbəsinin, QRU -yəni Baş Kəşfiyyat İdarəsinin general-mayoru idi və o, SSRİ-yə, öz təşkilatına meydan oxuyub xarici kəşfiyyata işləyən əksər casuslardan (Penkovski, Suvorov və s.) fərqli olaraq yəhudi deyil, rus idi. Bu isə görünməmiş hadisə idi. Hərçənd ki, QRU-da yenə yəhudilər az deyillər. Adam doğrudan da təəccüb edir. Maddi cəhətdən əla təmin olunasan, ailən firavanlıq içində yaşayıb, elit silkə mənsub ola, hər yanı gəzib, nə istəsən ala biləsən və beləcə hamısına, hətta ailənə də tüpürüb xidmət etdiyin, övladı, vətəndaşı olduğun ölkənin düşmənlərinə – ABŞ hökumətinə xidmət edəsən.

Mən bilərəkdən «satılasan» ifadəsini işlətmirəm. Çünki Polyakov verdiyi dəyərli sirlər, məlumatlar əvəzində qətiyyən pul almayıb. Ona görə yox ki, mələk idi, yox, sadəcə ağıllı adam kimi pul alarsa, gec-tez üzə çıxa biləcəyini başa düşürdü.

O, isə üzə çıxmır, ələ  keçmirdi. Ona inanırdılar.

Bəs general Dmitri Polyakov niyə dövlətinə xəyanət edirdi? Bəli, vətəninə yox, məhz dövlətə. Çünki o, görürdü ki (burada görünməyən heç nə yox idi), bu dövlət necə riyakardır, necə gecə-gündüz öz xalqına, öz vətəndaşlarına zülm edib, daim yalan danışır, bütün bəşəriyyəti aldadır. Aldadır ki, bütün dünyanı köləyə çevirsin. Bütün dünyada köləlik və şər rejimi olan sosializmi bərqərar etsin. Nəinki Şərqi Avropa ölkələrini, nəinki Çini, Kubanı, Vyetnamı, Koreyanı, Həbəşistanı, Anqolanı, hətta Fransa, İtaliya və başqa Avropa ölkələrini də Sovet Sosialist Respublikalarına çevirsin. Niyə? Hamını kölə, hamıya ağalıq etmək üçün. Dmitri Polyakov da bunu görürdü və vicdanlı, şərəfli bir insan kimi qəbul edə bilmir, belə bir mənfur sistemə qulluq edə bilmirdi. Deməli, rusların da vicdanlısı, ağıllı və ləyaqətlisi varmış.

Aydındır ki, kiminsə SSRİ-nin xaricdəki casusları ələ verməsi gec-tez aşkar olunacaqdı. ABŞ hökuməti bu 30 illik əvəzsiz və təmənnasız xidmət əvəzində Polyakova dönə-dönə Amerikada qalıb yaşamaq təklifini etsələr də, o, buna getmədi və axırda tutulub güllələndi, özü də səssiz-səmirsiz.

Həmin illərdə Moskvaya SSRİ rəhbərləri ilə danışıqlara gələn ABŞ prezidenti Ronald Reyqan Qorbaçovdan xahiş edir ki, ABŞ-da həbs olunan sovet casuslarını Polyakovla dəyişib onlara versinlər. Qorbaçov təəssüflə cavab verir ki, bəs general Polyakov artıq güllələnib. Bunu eşidən Reyqan hədsiz pərt olub kefi pozulur. Çünki doğrudan da belə bir ləyaqətli insan üçün heyfslənməyə dəyərdi.

Реклама
Categories: Tarixin qürubu | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: