Ruslar azalır

Putinin verdiyi açıqlamaya görə (əgər doğrudursa, çünki bu kommunist məfkurəli prezidentin dilinə doğru söz gəlmir), ruslar sayca keçən əsrin 90-cı illərindən ildə bir milyon, hazırda isə yarım milyon azalırlar.

Əgər bu doğrudursa və davam edəcəksə, gələcəkdə nəinki keçmiş SSRİ və Avropa xalqlarını köləlik gözləmir, hətta yüz ildən sonra Qafqaz və Mərkəzi Rusiyanın türkdilli xalqları da bu canlı kəlbətinin ağzından qurtara bilərlər.

Daha artıq, ümumiyyətlə, Çin ekspansiyası baş verməzsə, İran imperiyası xalqlarının da azadlıq və müstəqillik ümidləri özünü doğrulda bilər. Belə ki, İranı parçalanmaqdan saxlayan və daim silahlandıran yalnız ruslardır.

Amma doğrusu, belə xoş perspektivə inanmaq olmur. Axı kainatda, tarixdə və həyatda müsbət entropiya getmir, əksinə, katostrofik dərəcədə dağıntılar baş verir. Eləcə də, insan genlərində.

Sovet imperiyasının dağılması təsadüfi hadisədir. Doğrudur, güclü ABŞ dövləti Yer kürəsini xilas etməyə çalışır, lakin onların özləri də təbiətdəki balansı pozmaqda, atmosferi çirkləndirməkdə davam edirlər.

Ona görə bütövlükdə bəşəriyyəti xilas etmək çətin olacaq. Hələ hər hansı bir asteroid və nəhəng vulkan püskürməsi fəlakəti olmasa.

Amma bunlara baxmayaraq, rusların sayca azalması (əgər bu müsbət proses azı yüz il də davam edərsə) xoş hadisə, təbiətin insanlığa ərmağanı olar. Çünki bu xalq daim ətrafa radiasiya yayan qeyri-stabil elementlər kimi fəlakət və köləlik mənbəyidir.

Реклама
Categories: Köşələr | 1 комментарий

Навигация по записям

One thought on “Ruslar azalır

  1. RƏŞAD ADSIZ

    MÖHTƏŞƏM

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: