Kafka nəcə yaşayırsa, Siz də elə yaşayacaqsınız, ey işıqlı insan!

Sən mənə insanlardan mı danışırsan? İnsanlar keçmişdə, tarixin tozlu səhifələrində qaldı. İndi sadəcə karikaturalar yaşayır….
H.N.Atsız

Bu yazımı Əlisa Nicat’a həsr edirəm. Tərif və ya tənqid üçün yox, sadəcə onun üçün darıxdığımdan yazıram…
Zatən Əlisa müəllimin kimsənin tərifinə ehtiyacı yoxdur. Tənqidə gəlincə, buna layiq olan oğulu hələ analar doğmayıb…

İki insan xoşbəxtdir:
1. Hər şeyi bilən
2. Heç nə bilməyən…
Ə.Nicat

İnsanın gerçəkdən də həyatda yeganə sərvəti topladığı biliklər, xoş xatirələr, istedad və enərji, xoşbəxtliyi isə öyrənmiş olduğu gerçəklərdir. Mən, düşünmək istəyən, hər şeyin «çürüyünə çıxmaq» istəyən bir gənc olaraq həyatın gerçəklərini Əlisa Nicatda tapdım. Yaxşı ki, bunun üçün uzun ömür sürməyə, dərviş olub çöllərə düşməyə gərək qalmadı. Şansımdan elə gənc yaşımda bu xəzinəyə rast gəldim. Bir növ mən gerçəyi deyil, o məni tapdı. Biri yerindən qalxıb «hardan bilirsən ki, bu həqiqətdir?» deyə bilər. Düzdür, bir şey ağlıma batdı mı, sonra kiminsə hansısa sözü vecimə deyil, amma onu da deyim ki, nə zaman hamıdan, hər kəsdən küsüb, iyrənib, maddi olan hər nəsnədən ayrılırsan və o anda mənəvi rahatlığı məntiqli şəkildə harda tapırsansa, mənim üçün bu gerçəkdir. Əsl həzz budur!… İyrəncliyə, pozğunluğa, soysuzluğa onlarda yüksək, təmiz qatda dayanıb baxaraq gülmək, teatr səhnəsini xatırladan bu cəmiyyətə, oyunlara tamaşaçı kimi baxıb əsl qiymətini vermək!…

Azərbaycandan çıxdığım aylar oldu… Hər kəsdən küsdüm, hər şeydən bəzdim, tanıdığım tanımadığım çoxlarından zərbə yedim, canım usandı…. Həyat gözümdə ucuzlaşdı, dəyərli sandığım şəxslər, kitablar gözümdən düşdü, bir qəpiklik oldu əsl qiymətlərini aldılar. Ancaq Əlisa Nicat isə onların leşləri üstündən yüksələrək gözümdə daha da ucaldı! Bu gün darıxaraq axı niyə Onunla hər gün görüşmürdüm deyə özümü suçlayıram. Eynən tükənməz xəzinədən nə qədər götürürsən də «az götürdüm» deyib heyfsləndiyin kimi…

Yaşadığım və yaşamaqda olduğum bu ağır dönəmdə məhz Onun dəyərli kitabları tək sirdaşım, tənhalığa çəkilməyə fürsətim olan günlərdə sakitcə pıçıldaşdığım dostlarım oldu…

Çox maraqlı bir şeyi qeyd edim ki, Əlisa müəllimin kitablarına nə qədər ac olsam da, onları «birdən tükənər, bitər» qorxusu ilə oxumuşam. Eynən susuz səhranın ortasında bir bardaq suyu, həvəsinə və istəyinə qarşı gədərək az-az, qənaətlə içdiyin kimi…

Bəli, Azərbaycan bu gün canlıların məhv olduğu bir səhradır, bataqlıqdır, qumluqdur, burulğandır….
Düşünən beyinlərin səssizcə, izsizcə dəfn edildiyi mənəvi qəbristandır!…
Belə bir səhrada Əlisa Nicatın kitabları da o suyu əvəz ədir. Lakin heyhat….

Bu da bir gerçəkdir ki, Azərbaycan «insan»ının artıq suya ehtiyacı, tələbatı yoxdur… Dəhşət bax, budur! Azərbaycan insanı bu ölüm səhrasında çoxdan illərlə su içməyən kərtənkələyə, zəhərli ilana dönüb! Bu ziyanlı, vəhşi həşəratların ildə bir nəçə dəfə dəyişdikləri iyrənc qabığı sırtıq sifətləri, özündən gücsüzün boğazından hər an yapışmağa hazır olan caynaqları it yalı kimi qabaqlarına atılan puldan yapışan çirkli əlləri, zəhərləri də ağızlarını açan kimi ətrafa yayılan murdar cəhalət qoxusudur…

İnsan adlı məxluqun bu qədər təbiətə uyğunlaşdığını heç uşaqlığımda nağıllardan oxumamışdım, amma böyüdükcə qara baxtımın qarğışı olan bu cəmiyyətdə yaşayıb gördüm….
Bu məqamda mən də cəhalət qoxusundan zəhərlənib məst olacaq, idiotlar sürüsünə qarışacaq, susuz səhranı güllü-gülüstan görəcəkdim ki, o kitablar qaranlıqlara işıq olub əsl gerçəkləri göstərdi…
Gördüm, ürəyim bulandı…

Azərbaycan kənardan daha iyrənc görünür…
Kərtənkələlər, bazar milçəkləri… Bu həşəratların dişi cinsində olanlar dozanqurdu kimi iyli soğan qabığıyla bəzənib özünü xanım sayır, erkəkləri 2 manatlıq ucuz araqdan vurub özünü kişi sayır, biri-birinin bacısını yoldan çıxarmağa çalışan gənc milçəklər isə igidlikdən dəm vurur…
Maraqlıdır ki, biri o birinin necə əclaf, riyakar olduğunu bildiyi halda qarşılıqlı yalanlarını həyat suyu kimi qəbul edib biri-birilərini qarşılıqlı şəkildə yola verirlər…

Faciə çox yaşananda komediyaya çevrilir deyiblər. Maraqlıdır ki, erkəkli dişili zorlanmaqdan həzz alan bu kərtənkələlərin gənc sürfələri nə qədər gülməli olsa da, heç bir əsas olmadan tarixləri ilə öyünüb irqçilik edir, sürünənlər sinfini bilmirəm hansısa məntiqləsə o biri canlılardan üstün tuturlar….

Milçəklər! Leşdən qidalandığınız kimi leş kimi də çürüyəcəksiniz!

Bax, bələ bir cəmiyyətdə bir soysuz «Sarı Gəlin», bir idiot «Quqark», bir petux «Artuş və Zaur», bir pozğun «Fikir Sexi» və s. hərflər yığınını tonlarla, dəfələrlə çap etdirirdiyi halda Əlisa müəllimin özü kimi dəyərli kitabları cəmi yüzcə tirajla çıxmasına gah şaşırır, gah normal qəbul edir, gah gülür, gah kədərlənir, axırda da əsəbləşib o xarabanın torpağından tutmuş bayrağınacan, ən boz kərtənkələsindən tutmuş «prezident» növünə aid ilanlar şahına qədər hamıya söyür, bir az sakitləşirəm….

Hər dəfə Əlisa müəllim külliyyatının yəni cildini sevinə-sevinə bizə gətirən zaman ilk anda dünyalar mənim olursa, sonradan «100 tiraj» kəlməsi ox olub ürəyimə sancılır… Bu ölkədə yüzcə bəyin yoxdur… Dəhşətdir!… Bələ ölkənin onu bu günə qoyanlarla birgə batması haqdır!…

Bəzən də «Hürriyyət» qəzetinin doğma ofisindən və ya yanındakı çayxanadan çıxdıqdan sonra Əlisa müəllimi avtobus dayanacağında evə yola salarkən, oradakı yırtıcı infuzorları, taxtabaş idiotları, elə lap «Yaşıl Bazar»ın milçəklərini görüncə bir anlıq qorxu hissi keçirib «Aman aman! Yaxşı ki, bu məxluqların bu kitablardan xəbərləri yoxdur» deyə düşünürdüm… Yoxsa… Yoxsa Berlində istehsal olunan zərif «Mersedes»in Biləcəridə palçıq içində sürü(n)lməsi kimi bir şey baş verə bilər gerçəkdən…

Bəlkə də hər şey olduğu kimi doğrudur…
Hər halda naturalizmdə belə deyilir…

……Nə isə. Milçəklərdən yazmağa həvəsim, təsvir etdikcə ürəyim bulandığından tabım yoxdur. Son sözümü daşı dilə gətirən ustadımız Əlisa müəllimə söyləmək istəyirəm ki, Sizin elə dəyəriniz də almaz kimi azlığınızda, nadirliyinizdə, sarsılmazlığınızdadır! Yoxsa utanmasan Çingiz Abdullayev olmağa nə var ki…
Kərtənkələlərdən, bazar milçəklərindən isə nəsə ummağa da dəyməz. Canları cəhənnəmə…

Kafka nəcə yaşayırsa, Siz də elə yaşayacaqsınız, ey işıqlı insan!
Ancaq mən Sizin sağlığınızda qiymətləndirilməyinizi çox istərəm…
İnanın, bunu da Sizin işığınıza yığışan pərvanələr edəcək və bir gün kitablarınız gerçəkləri qızmar, soysuz, susuz səhrada pıçıldamayıb başqa ölkələrdə hayqıracaq!…

Sarsılmaz ustadıma sayğılarla, Cavid.
İsveç, 25 dekabr, 2011. 

Categories: Əlisa Nicat cazibəsində | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: