Bəsit təfəkkür

Yazıçı Anar ki neçə-neçə titulu var, hansı bir qəzetəsə verdiyi müsahibəsində «Əli və Nino» romanının kimə məxsus olduğunu hələ müəyyən etmədiyini elan edir. Bəh, bəh!

Yaxşı, bəs onda yenə Qurban Səid imzası ilə çap olunan «Qızılburundan gələn qız» (nədənsə bizdə o «Altunsaç» adıyla çap olunur) romanı kimindir? Axı ola bilməz, bir imzayla çıxan iki romanın biri Yusif Vəzirin olsun, biri Qurban Səidin. Gülməli deyilmi?

Gülməli deyilmi ki, bəsit roman, povest və hekayələr müəllifi olan Yusif Vəzir Çəmənzəminli birdən-birə bilmədiyi dildə qətiyyən onun üslubuna uyğun olmayan şedevr yazıb, olmadığı ölkədə, yəni Almaniyada çap etdirir?

Gülməli deyilmi ki, roman bütün mahiyyəti ilə Yusif Vəzir Çəmənzəminlinin ruhuna ziddir? Buna əmin olmaq üçün «Studentlər» romanını oxumaq kifayətdir.

Gülməli deyilmi ki, Çəmənzəminli belə bir roman yazdığı barədə illərlə hətta həyat yoldaşına da bir kəlmə söz deməyə? Bu qədər də qorxaqlıq və cılızlıq olar? Bu, ümumiyyətlə, insan təbiətinə ziddir. Adam hətta kiçik bir sirri arvadına belə deməsə, ürəyi partlayar, qaldı ki, bu boyda bir hadisə ola.

Bir də, məgər o, fikirləşməyib ki, ayə, heç kim bilməsə, bəs bu romanın mənə məxsus olduğunu gələcəkdə necə biləcəklər? Heç olmasa, sürgündə kiməsə deyərdi. Çünki orada artıq qorxmağa ehtiyac yox idi. Daha sürgündən-sürgünə sürgün olmayacaqdı ki. Və ya ən azı arxivində kiçik bir qeyd qoyardı ki, haçansa üzə çıxsın.

Amma heç nə yoxdur və canlı müəllif dura-dura Y.V.Çəmənzəminlinin iki sarsaq oğlunun ağlına gəlib ki, bəs bu əsəri bunların ataları yazıb. İndi də 75 yaşlı dünyagörmüş, başı daşdan-daşa dəymiş, neçə kitab müəllifi Yazarlar Birliyinin sədri elan edir ki, o, hələ «Əli və Nino» romanının kimə məxsus olduğunu ayırd edə bilməyib.

Yusif Vəzir Çəmənzəminli gəncliyində inqilabçı olub, «Əli və Nino» romanı isə əks-inqilabi əsərdir.

Yusif Vəzir Çəmənzəminli Kiyevdə və Saratovda təhsil alıb və ömrü boyu ruslara və ermənilərə rəğbəti olub. «Əli və Nino» romanı isə hər iki xalqa nifrətlə doludur.

Bir daha təkrar edirik, Yusif Vəzir Çəmənzəminli 1920-ci ildə Parisə gedib, orada fəhləlik etmişdir. Almaniyada olmayıb və fəhlə də belə bir zadəgan romanını yarada bilməz və necə ki, sonralar da heç vaxt yaratmayıb. Özü də əsərin orijinalının yazıldığı alman dilini yox, fransızca bilib, üstəlik, Fransa Kommunist Partiyasının orqanında əsər də çap etdirib. Belə bir adam tamamilə antikommunist ruhlu bir əsəri yaza bilərdimi?

Kifayət deyilsə, yenə də sadalayaqmı, cənab xalq yazıçısı?

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: