Həqiqət

Həqiqət – obyektiv reallıqdır. Onun insan cəmiyyətlərindən kənar halı ümumiyyətlə, bütün insan kollektivlərində qəbul olunur. Lakin dinlər həqiqəti özlərinə sərf edən şəkildə şərh edirlər və hazırda bunun o qədər də mənfi nəticələri olmur.

İnsan cəmiyyətləri daxilində və insan-dövlət, insan-insan münasibətlərində həqiqət böyük və keçilməz problemlərlə üzləşir. Onun üç qızı var: sağlam düşüncə, xeyirxahlıq və ədalət. Dövlət-insan və insan-insan münasibətlərində bu üç qız çox zaman gözümçıxdıya salınır.

Dövlətin mahiyyətinə sağlam düşüncə və ədalət hakim olanda xeyirxahlıq əsasən dominant olur və Şərqdə – Yaponiya, Malayziya və daha bir neçə dövlət istisna olmaqla – əgər dövlətlərdə həqiqət qadağandırsa, «qızlar» ömürlük həbsdə olur.

Qərb və Amerika ölkələrində isə dövlət-insan münasibətlərində sağlam düşüncənin nəticəsi olaraq ədalət və xeyirxahlığın təntənəsi olur, lakin insan xarakterinin qeyri-kamilliyi çərçivəsində. Yəni necə? Misallarla aydınlaşdıraq. Motsart dövründə Avstriyada II İosif kral idi. Bu ədalətli hakim ədalət, xeyirxahlıq və sağlam düşüncə səltənəti yaratmış və hətta öz ünvanına tənqidlərə belə, rəsmi şəçkildə qadağanı aradan götürmüşdü. Lakin bütün cəmiyyətlərdə məhvedilməz olan paxıllıq və biganəlik Motsartı gənc yaşında ikən məhv etdi. Daha sonra isə Bethoven və Şuberti. Və bütün Avstriyanın, Almaniyanın və hətta Avropanın yüksək mənsəb və sərvət sahibləri buna biganə qaldılar.

Lakin dünyada daha pis sistemlər və rejimlər mövcuddur ki, onlarda hər üç «xanım» nəinki həbs, hətta daşqalaq edilir və həqiqət – a…, – deyən kimi ağzına daş basılır. Belə cəmiyyətlərlə insanlar tamamilə sürüləşir və nəticədə dövlətin başında nəinki Putin kimi riyakar və hiyləgərlər, hətta Əhmədinejat kimi idiotlar oturub hegemonluq, mənəm-mənəmlik edirlər.

Marks və Engels demişkən, həqiqət çox zaman şəxsi mənafeyin buzlu sularında qərq olur.

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: