«Dünya şöhrətli» dılğır

Mən Lütfi Zadənin belə bir şəxsiyyət olduğunu çoxdan demişdim. Çoxlarına bu xoş gəlməmişdi, çünki onlar üçün bu «şöhrətli» «riyazi məntiq nəhəngi» bir növ, çörək ağacı idi. Çünki bu adamın kəllə quruluşu onun barəsində söylənilən tərifləri açıq-aşkar təkzib edir və bu qənaət dəqiq elmi əsaslara söykənir.
Budur, bu adam «Azadlıq» radiosuna verdiyi müsahibə ilə özünün mahiyyətini bir daha açıb-tökdü. Əvvələn, mən bu «dünya şöhrətli riyazi məntiq nəhəngi» ifadələrini ona görə dırnaq altında yazıram ki, əslində onun heç bir dünya şöhrəti yoxdur. Neçə ildir adına heç bir ensiklopediyada və ensiklopedik lüğətdə rast gəlmirəm. Görünür, bu da onun şəxsiyyətinin cılızlığı ilə əlaqədardır.
Bilirsiz ki, Milli Akademiyanın müxbir üzvü Rafiq Əliyev hansı bir səbəbdənsə iqtidarın zavalına gəlib və işlədiyi Neft Akademiyasının kafedra müdiri vəzifəsindən kənarlaşdırılıb. Mən bu alimin elmi kəşflərinə bələd deyiləm. Amma indi ki, respublikanın tərəqqipərvər ictimaiyyəti bu adamın müdafiəsinə qalxıb, yəqin ki, doğrudan da böyük elmi simadır.
«Azadlıq» radiosu da bu xəbərdən həyəcana gəlib Rafiq Əliyevə qarşı bu ədalətsizliyə etiraz edəcək deyə, Kaliforniyadakı Berkli Universitetinin professoruna Rafiq Əliyevlə yaxın bir adam və hətta dost kimi zəng vurub ondan bu hadisə barədə müsahibə alıb. Radio əməkdaşı Zadənin akademikin məruz qaldığı bu hadisəyə etiraz səsini eşitmək niyyəti ilə ona bir neçə sual verib. Lakin «dünya şöhrətli» alim R.Əliyevlə tanış olduğunu, onunla arabir telefonla danışdığını və hətta bir neçə dəfə görüşdüklərini, lap dost olduqlarını söyləsə də, bundan başqa heç nə demir. Yazıq müxbir nə qədər əlləşirsə ki, ondan bu hadisə barədə bir etiraz sözü qoparsın, amma mümkün olmur ki, olmur. Zadə cənabları hey təkrar edir ki, o, bu hadisəyə inana bilmir. Hə, nə olsun, inanmırsan inanma. Üstəlik, dönə-dönə deyir ki, onun Azərbaycanda və hətta dünyada nələr baş verməsindən xəbəri yoxdur. Əgər professorun dünyada nələr baş verdiyindən xəbəri yoxsa, beləsini ancaq zırrama adlandırmaq olar.
Nəhayət, axırda cəsarətə gəlib etraf edir ki, onun Azərbaycan rəhbərliyi ilə yaxşı münasibətləri var…
Bəli, indi hər şey aydındır. Yaxşı münasibətləri kimdən ötrüsə pozmaq olarmı? Yəqin ki, bu yaxşı münasibətlər hətta professora qazanc da gətirir. Ona görə əsas məsələ odur ki, faydalı münasibətlər pozulmasın. Yaxın dostu hesab etdiyi R.Əliyevə gəldikdə isə əlbəttə, alim acından ölməz, əgər ki, müxbir üzvlüyündən də məhrum edilməsə.

Реклама
Categories: Köşələr | 1 комментарий

Навигация по записям

One thought on “«Dünya şöhrətli» dılğır

  1. Amil

    Bu ne mentiqsiz yanashmadi anlamadim.Elisa bey bize Litfi Zadenin adi lazimdi sadece adi.Onun adindan qalmaqald istifade etmek ise yalniz sizin kimi ucuz shou axtaran insanlara lazimdi.Lutfi Zade kimi insanlara sahib cixmaliyiq,Sizinki quru muxalifcilikden ve heyassiz yanashmadan ve tipik azerbaycanli paxilliqindan bashqa bir shey deyil.P.S sizinle mubahiseye vaxtim ve hevesim yoxdu.Ne yazsaniz da cavab vermeyecem

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: