Ərəblər

Asiyada millət çoxdur. Əksəriyyəti qədim etnoslardır. Çinlilər, yaponlar, hindlilər, türklər, uyğurlar, qırğızlar, farslar və nəhayət, ərəblər. Qalanları ya qırılmışlardan, ya da dağılan imperiyaların qalıqlarından formalaşan millətlərdir ki, haqlarında danışmağa dəyməz.
Çin, yapon və hind xalqları qədimlərdən formalaşan və daşlaşan millətlərdir. Çinlilər ləyaqətlərini imperiyaya – uyğur, monqol və tibetliləri həzm etməyə qurban verən millət kimi bu gün çox dəyərsizdir. Çünki köləliyə dözürlər.
Yaponlar daha yüksək növdür. Çünki özlərinə o qədər hörmət edirlər ki, zorakılığa, seçki saxtakarlığına, hər cür qanunsuzluğa və ləyaqətsizliyə qətiyyən gedə bilmirlər və buna görə hər cür alqışa layiqdirlər.
Farslar nəinki Asiyada, ümumiyyətlə, dünyada mənfurluqları, yalançılıqları, şərəfsizlikləri ilə yeganədirlər. Hətta bu cəhətdən rusları da kölgədə qoyublar və ümumiyyətlə, nəinki insan cəmiyyətləri üçün ləkədirlər, hətta təbiəti, təkamülü rusvay edirlər.
Hindlilər ingilislərin təsiri ilə qanuna hörmətə artıq vərdiş ediblər.
Türkdilli xalqlardan ən qədimi olan uyğurlar çinlilərin sayı və hərbi-texniki inkişafı qabağında aciz qalıb, bilinməz bir gələcəkləri var.
Osmanlılar müstəqil və nisbi azad olsalar da, sağlam düşüncədən məhrum olmaları cəhətdən hər cür cazibələrini itiriblər.
Və nəhayət, ərəblər!
Ərəbə nə lazımdı? Nəyi çatmırdı? Misirdə də, Liviyada da, Suriyada da, Yəməndə də, Səudiyyə Ərəbistanında da, Dubayda da, hər yerdə ərəbin ən yoxsulunun ayda neçə min dollar qazancı var. Bütün bu ölkələrdəki diktatorlar MÜSBƏT DİKTATORLAR İDİLƏR. Əgər onlar bizdə və İranda olsaydılar, xalqımız onların çəkmələrini öpərdi. Onlar xalqlarına düşmən deyildilər, ona yad da deyil, nifrət də etmir, gecə-gündüz yalan da üyütmürdülər. Lakin bir eyibləri vardı, müsbət də olsalar diktator idilər, layiq olsalar da hakimiyyətdən əl çəkmirdilər. Yığdıqları 10 milyardlarla dollarları da açıq idi, gizlətmirdilər, oğurluq deyildi.
Amma, axı hakimiyyət heç kimə ömürlük verilmir. Bir insanı nə qədər taxtda görmək olar? Adam müsbətdən də cana doyur. Adam 10 illərlə birini başı üstündə görəndə bezikir, onun üzünə baxanda adamın gözləri ağrıyır.
Əşşi, lap ədalətlisən, lap qazancını xalqınla bölüşürsən, 10 il oldun, çıx get də. Get, qoy başqaları gəlsin. Səndən pisi olsa, sənə həsrət çəkəcəklər, yaxşı olsa, yenə sənə rəhmət deyəcəklər ki, vaxtında getdin.
Amma diktatorlar, xüsusilə onların dılğırları heç vaxt xoşluqla getmir və adamı yandıraraq iddia edirlər ki, onları xalq istəyir.
Və unudurlar ki, axı ərəb türk deyil, özbək, qazax, türkmən deyil, ərdəbilli, təbrizli, mərəndli deyil və bakılı da deyil. Onun heysiyyatı, mənliyi, şəxsiyyəti, ləyaqəti və nəhayət, prinsipi var, onun qəzəbi var. O, BİZLƏR KİMİ «ÖLÜ DİRİ» DEYİL, DİRİ DİRİDİR. Kişidir, ərdir, həlledici məqamda ölümlə həyatın, yaşamaqla yaşamamağın qətiyyən fərqinə varmır! O ki, – get! – deyib qalxdı, Təbriz, Ərdəbil, Urmiya azərbaycanlısı kimi canından qorxmayacaq, ölümün və ona güllə atanın üzünə tüpürəcək, hər şeyi yandırıb dağıdacaq və uf da demədən qurban gedəcək!
Diktator ki, bir nəfər ona – get! – deyəni qətlə yetirdi, deməli, artıq getməlidir!
Ərəb, belə ərəbdir və belə etnosa, belə millətə eşq olsun!
Bu xalq Yaxın Şərqdə yeganə millət, ruhən də, qəlbən də zirvələrdə yaşayan xalqdır və təsadüfi deyil ki, qədim Yunan sivilizasiyasından sonra dünyada ikinci böyük sivilizasiya yaradıcısıdır.
Bu, ağa millətdir. Onun adi nümayəndəsi də bizim zadəganlardan qat-qat yüksək məziyyətlər sahibidir və Osmanlı imperiyası dövründə də öz vətənlərində qul kimi yox, ağa kimi yaşayıblar.
Eşq olsun ləyaqət uğrunda minlərlə qurban verən belə irqə!
Bu tiranlar, bu diktatorlar o qədər beyinsiz olur ki, şərəfsiz ölümlərini görməyincə hakimiyyətdən əl çəkmirlər. Qəddafi oğul və nəvələriylə, öz milyardlarıyla gedib hər hansı bir ölkədə bundan sonra da illərlə yaşaya bilərdi. Amma, axı beyin yoxdur. Lenin kimi beyinlərinin 80 faizi çürüyüb. Ona görə şanlı liviyalılar və rəşadətli NATO qüvvələri onun çürük beynini dağıtmayınca əl çəkmədilər.
Bəşər Əsəd də belə olacaq. Hərçənd ki, Qəddafini bu cür sonluğa sürükləyən diktatura rejimi onun üçün də eyni cür qurtaracaq, yenə də getmək istəmir. Sözsüz ki, Əsədi bədbəxt edənlərin biri də Rusiya ilə Çinin dəstəyidir. Çünki axı bu ölkələrin özlərində də diktaturadır. «İt, itin ayağını basmaz» – deyiblər.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: