İki qardaş: Nitşe və Kafka

Mənim dünyada əgər iki nəfərin taleyinə yazığım gəlirsə, bunlar Nitşe və Kafkadır. Onların hər ikisi günəşdir. Biri dünya fəlsəfəsinin, digəri isə dünya ədəbiyyatının günəşi.

Onların heç biri demək olar ki, xoş gün görməyiblər. Çünki başqa cür də ola bilməzdi. Onlar dünyada yad adam, yabançı adam olublar. Heç biri sevgisinə çatmayıb və hər ikisi sağalmaz xəstəliyə düçar olublar. Lakin bunlar heç nədir.

Onların hər ikisi öz zəka və yaradıcılıqları ilə günəş olsalar da, onları görən, onları dəyərləndirən, qiymətlərinin heç olmasa yüzdə birini verən bir nəfər də olmayıb. Əlbəttə, Nitşenin bacısı Yelizaveta və Kafkanın dostu Maks Broddan başqa, vəssalam!

Mən də az-çox yazıçı olduğum üçün Kafkadan xüsusilə danışmaq istəyirəm. Mən inanmıram ki, sədaqətli dostu yazıçı Maks Brod Kafka əzəmətinin mahiyyətini dərk etdiyinə görə onun əsərlərini yandırmayıb. Sadəcə, bu əsərlərin – roman və pritçaların güman ki, qeyri-adiliyini hiss etdiyinə görə dostunun vəsiyyətinə əməl etməyərək, onun arzusunun əleyhinə olaraq həmin əsərləri yandırmayıb çap etdirmişdir, vəssalam!

Bu əsərlərdəki dünyanın orada təsvir olunan hadisələrini dərk etmək üçün həyatı məhz Kafka gözləriylə görmək lazımdır. Bu isə nə Şərqdə, nə də Qərbdə hələ heç kimdə yoxdur, əlbəttə, məndən başqa. Əks təqdirdə argentinalı Luis Borxes kimi dahi belə, Kafka əsərlərinə qorxulu yuxu kimi, «kaşmar» kimi baxmazdı.

Həyat nədir? Tamamilə mənasız ötəri davranışlar, hərəkətlər silsiləsi. Bir neçə gün kiməsə lazım olan şəkildə hərəkət etmək üçün beynin müəyyən mərkəzləri qıcıqlandırılır və canlı məxluqlar, xüsusilə insanlar mənasız, mexaniki hərəkətlərini davam etdirib çıxıb gedirlər.

Bu hərəkətlər tamamilə xaotik, tamamilə sağlam düşüncəyə zidd və tamamilə absurd və onları edənlərin bir-birlərinə zərər vurmasından başqa heç nə deyil.

Bunu Kafka necə görürdü! Həm ayrı-ayrılıqda, həm də birlikdə hamının oyuncaq kimi kiminsə əlində, kiminsə iradəsi ilə faydasız şər əməlləri… Axı, Leninin nəyinə lazım idi ki, ucsuz-bucaqsız bir ölkəni vətəndaş müharibəsinə qərq edib, on milyonlarla insanları qırğına verdi, özü də ulayıb öldü.

Unudulmuş üçüncü qardaş

Mən bu qeydləri yazıb, nöqtə qoyandan sonra gecəyarısı qəfil yuxudan oyandım və necə ağır günaha batdığımı düşünəndə məni tər basdı.

Mən bu gün azadlıq günəşinin ilıq şəfəqləri altında xoşbəxt və firavan günlər yaşayan Avropa xalqlarının bu azadlığında və xoşbəxtliyində əvəzsiz xidməti olan bir dahinin bu fədakarlığı səbəbindən küçədəki avara itlər qədər də qiymətləndirilməyib, əksinə, döyülməsi, söyülməsi, təhqir olunması, həbsxanaya atılması və axırda da milçək sancmasından canı xilas olub ölməsini unutduğuma görə…

Mən dünyanın ən bədbəxt dahisini unutmuşdum. Maks Ştirner. Mən onun həyatı və əsəri ilə ilk dəfə tanış olanda başına gələnlərdən necə dəhşətə gəlib ağladığımı yada salıram.

Bilirsizmi, deyirlər insanların axırına az qalıb, hətta lap az. Guya, 2012-ci ildə yer üzündə həyatın varlığına son qoyulacaq.

Bilirsizmi, bizə bu da azdır! Bəzi qafil və sərsəm yaramazlar düşünür ki, milyardlarla pulları və təyyarələri var, qaçıb özlərini və ailələrini xilas edəcəklər. Yox, bütün göylər il uzunu zəhərli buludlarla örtüləndə lap Yeni Zellandiyaya, hətta Antraktidaya getsəniz, xilas olmaq mümkün olmayacaq.

Doğrudan da, min illərlə törədilən bu qədər ədalətsizlik və rəzillik cəzasız qala bilərdimi? 2012-ci ildə olmasa da, 2032-ci ildə mütləq cəza gələcək.

Əlisa Nicat

Реклама
Categories: Qızıl fəlsəfə | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: