“Ehram”ın gizlinləri

2008-ci ildə tamamlanmış, 2010-cu ildə “Əsərləri”nin III cildində ilk dəfə çap olunmuş “Ehram” romanı Əlisa Nicatın “Artakserks və bitlisiləşmiş türklər” romanı kimi despotizmə qarşı ezop dilində üsyanın bədii əksidir. “Artakserks” romanı haqqında yazmışdım. Əlisa Nicat romanı barədə yazır: “Bu əsər iki dahiyanə romanın- “Uliss” və “Proses”in bənzəri kimi yazılmayıb. Lakin hər iki romanın təsiri mütləqdir. O mənada ki, əgər həmin romanlar olmasaydı, “Ehram” da yarana bilməzdi. Yəni Kafka və Coys əsər üçün bir növ ideya mənbəyi olub”.

Roman şərti olaraq “Ehram” adlandırılan, hər cür iyrəncliyin baş alıb getdiyi, siyasətçilərinin ikiüzlü, yazıçılarının yaltaq olduğu, millətin isə tamamilə etinasız olduğu bir despotik idarəetmədən bəhs edir.

“Ehramda doğru ilə yalanın, qanunla qanunsuzluğun, ədalətlə ədalətsizliyin, bir sözlə xeyirlə şərin mübarizəsi getmir. Çünki bu mübarizə ayrı-ayrı fərdlərin daxilində də yoxdur. Bəli, nəzarətçilər, yəni polis var, prokurorluq və məhkəmə şəbəkələri sistemi var, amma bütün bunlar yalnız zahiri asayişi, o da əgər silahlı münaqişəyə çevrilirsə,-qoruyub saxlamaq, əslində isə firon və kahinlərin hakimiyyət strukturlarının mənafeyini, gəlir və rüşvət almaq məşğuliyyət və peşəsini müdafiə etmək, ona rəvac vermək, bu yolda maneələri aradan qaldırmaq, yəni məsələn, həmin strukturların başında duranların qanunsuz əməllərini açıb göstərən vasitələri və onların səbəbkarlarının dilini bağlamaq, bu mümkün olmadıqda isə aradan götürməklə məşğuldurlar”.

Firon Ehramda elə bir sistem qurub ki, Ehramdan axıb-gedən gəlirlər Yunan çarlarının, Roma qeysərlərinin, bir sözlə beynəlxalq aləmin ağzını yummağa bəs edib.

Ehram “bizim adam” və “bizim adam olmayanlar” adlı iki cəbhədən ibarətdir.

“Bizim adam olmayanlar” əsla Ehrama qarşı çıxanlar deyil, çörəyi “bizim adam olmamaq”dan çıxanlardır.

Yəni onlar mahiyyət etibarilə biri birbaşa, digəri isə dolayı yolla Ehrama xidmət edənlərdir.

Hətta bəzən firon icazə verirdi ki, “Exnaton” ordeni təqdim ediləndə “bizim adam olmayan” həmin ordendən imtina etsin.

“Exnaton” ordeni Firon tərəfindən yazıçılara, sənətçilərə verilən ən böyük mükafat idi.

Minilliyin sonlarına yaxın dünyada baş verən proseslərdən sonra, Firon qüruba çəkilməli olur, ölkədə icazəli mitinqlər, aksiyalar başlayır, Ehram əhli azadlıq şüarları içərisində sərməst olur, bir-birinin ardınca hakimiyyətə gələn liderlər bu azadlıqdan baş çıxara bilməyib, yenidən Fironun ölkəyə qayıtmasına səbəb olurlar.

Ehram yenidən əvvəlki despotik dövrünə qədəm basır.

Əvvəlki dövrdə olduğu kimi, bu dövrdə də Ehrama qarşı qələmi ilə gizlicə savaşan bir filosof vardı.

Fironun birinci hakimiyyəti dövründə olduğu kimi, onun ikinci hakimiyyəti və ondan sonra gələn vəliəhdi dövründə də dayanmadan, aramsız ezop dili ilə öz güllələrini Ehrama doğru atırdı.

Doğrudur, bu güllələr nəticəsində Ehramdan heç bir kərpic qopmurdu, amma bu güllələr onun daxilindən gələn azadlığı ilə bağlı idi.

Bu filosof  SARSILMAZ idi.

Digər yazıçılar, filosoflar Ehramdakı cəmdəyin ətrafına yığıldığı halda onun qazancı dayanmadan beyninin məhsulu olan kitabları və bu kitabları alan minlərlə oxucusu idi.

“Ehramlıların beyni min illərdən bəri dövlətin və hakimiyyətin Allaha bərabərliyi və qüsursuzluğu  ənənəsində formalaşmış və bu instinkt şəklini almışdı. Ona görə də burada dövlət başında heyvan da oturursa, sakinlərinin çörəyini sat, heyvani instinktlərinin təmin olunmasına mane olma, rahatca istədiyin qədər taxt-tac sahibi ola bilərsən…”

Yəni Ehram Yer kürəsindəki antiləyaqət payının onda birini özündə cəmləmişdi, digərlərini isə şimalda yaşayan hiksoslar və cənubda yaşayan sasanilər götürmüşdülər.

Ehramda çirkinliklər baş alıb sonsuza doğru getdiyi bir məqamda Sarsılmaz Peqasın üstündə özünün şax tutmağa, qamçılar dəydikcə isə Səmalara doğru irəliləyirdi…

Dilqəm Əhməd 

Реклама
Categories: Əlisa Nicat cazibəsində | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: