Mən hansı bir insana bənzədim ki Lenini

Mən hansı bir insana
Bənzədim ki Lenini
Ömrü boyu kütləyə
Yalan küyləmiş olsun
Yüz milyonlarla azad
Fəhlə, kəndli alimi
Kölə eyləmiş olsun.
Mən hansı bir alimə,
Bənzədim ki Lenini
Zəkasıyla dünyanı
Şərə çuğlamış olsun.
Minlərlə, milyonlarla
Haqq söyləyən ağızlar
Yumulsun, xamuş olsun.

 

 

Mən hansı bəstəkara
Bənzədim ki, Lenini
Zurnasıyla dünyanı
Yüz il oynatmış olsun.
Xalqları, millətləri
Qataraq bir-birinə
Qazan qaynatmış olsun.

Mən hansı bir memara
Bənzədim ki, Lenini
Ucaltdığı binanın
Suvaqları qan olsun.
SSRİ adında
Ucsuz-bucaqsız ölkə
Əzmiylə zindan olsun.

Mən hansı bir julikə
Bənzədim ki, Lenini
Krupskaya adında
Arvadı ola-ola
Londondan, Cenevrədən
Gətirib Moskvada
İnessa Armand ilə
Kef edib əyyaş olsun.
Hökmüylə min-min şair
Alim, nasir, filosof
Dönüb danabaş olsun.

Mən hansı genetikə
Bənzədim ki, Lenini
Çekist, bolşevik adlı
Yeni canlı növünü
Dünyaya səpələsin.
İnsan kəllələrini
Ələdikcə-ələsin.

Mən hansı bir qəssaba
Bənzədim ki, Lenini
Mal-qara sürüsütək
Ərləri şaqqalasın?
Ki dilinin əzbəri
Bircə söz olsun: Asın

Mən hansı bir manyaka
Bənzədim ki, Lenini
Az qala Bakımıza
Ağır bombalar atsın;
Mən hansı rejissora
Bənzədim ki, Lenini
Tarixdə tükürpədən
Tamaşalar yaratsın?

Mən hasnı aferistə
Bənzədim ki, Lenini
İsveçrə banklarında
Qarət edib yığdığı
Hələ də yatmış olsun;
Bu məqsədlə ölkədə
İnsan meyitlərindən
Min dağ ucaltmış olsun?

Mən hansı atamana
Bənzədim ki, Lenini
Bütöv bir səltənəti
Sınıq-salxaq eyləsin;
Ətrafına yığdığı
Qaniçən, başkəsənlər
Ölkənin dörddə-üçün
Qanlı QULAQ adında
Arxipelaq eyləsin?

Mən hansı bir dəliyə
Bənzədim ki, Lenini
Qalxıb bütün dünyanı
İnqilab pərdəsiylə
Almaq istəmiş olsun;
İsrafilin surunu
Çalmaq istəmiş olsun?

Mən hansı bir məxluqa
Bənzədim ki, Lenini
Yarı kalmık, yarı da
Yəhudinin dölüymüş
Beyninin düz yarısı
Körpəlikdən ölüymüş.

Mən hansı bir vəhşiyə
Bənzədim ki, Lenini
Ömrünün son anında
Canavar tək ulasın;
İllərlə yetişdirib
Xalqın üstünə salsın
Stalintək tulasın.

Mən hansı müftəxora
Bənzədim ki, Lenini
Yüz minlərlə körpənin
Haqqını tıxmış olsun;
“Kulak” damğasıyla
Zəhmətkeş insanların
Cibini qırxmış olsun?

Mən hansı bir natiqə
Bənzədim ki, Lenini
Yalan-yalan vədlərdən
Boğazı şişmiş olsun;
Yelbeyin insanlara
Illərlə yedirtdiyi
Kommunizm adında
Zəhərli kişmiş olsun

Реклама
Categories: Şeirlər | Метки: | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: