Zərdüş Ağsoylu

Eramızdan əvvəl VII əsrin 20-ci illəri…….Dünyada ilk ehramlar ucaldıb, ilk əsatirlər yaradan şumərlər öz tarixlərini gil lövhəciklərə həkk edib çoxdan tarix meydanını tərk etmişdilər. Anadolu hetləri də yalnız qonşu xalqların xatirələrində yaşayırdılar. Hetlərin İtaliyanın şimalına köçən övladları isə “tuskilər” adıyla (etrusklar) orada tamamilə yeni bir sivilizasiya yaratsalar da, əcdadları kimi nənəyə nənə, oğlana oğlan, akkaya (atalığa) akka……… deyirdilər.
Zaman o zaman idi ki, ən ulu türk ocaqlarından Elam Assur aslanlarının zərbələrindən xarabazara dönüb tüstülənirdi. Bu beş əsrdən bəri yaxın şərqi tapdaq altında qoyan assuriyalıların əzəmətinin son parıltısı idi. Amma xəbərləri yox idi ki, elamların qardaşları midiyalılar cəmi 10-15 il sonra onlara elə bir divan tutacaqlar ki, hətta yaddaşlarda, xatirələrdə belə qalmayacaqlar.
Dünya bu böyük sarsıntı ərəfəsində idi. 
Yaxın şərqin gözləri Ağbatandan doğan təzə günəşin şəfəqlərindən qamaşmaqdaydı. Midiyada isə ondan qat-qat parlaq bir günəş doğurdu. Bu günəş ordu, güc və mütləqiyyət günəşi deyildi. İdrak və zəka günəşi idi.
Bu Zərdüş idi……
Kimdir Zərdüş? Haralıdır? Dünyanın əksər tədqiqatçılarının, o cümlədən tutarlı mənbə hesab etdiyim Caksonun fikrincə, bu qədim peyğəmbər Azərbaycanda-Savalan ətrafında doğulmuş, uşaqlıq və gənclik illəri də orada keçmişdir.
Rəvayətə görə iyimi yaşında tənhalığa çəkilən Zərdüş 10 il öz baxışlarını fomalaşdırıb gil lövhəciklərə yazmış və bu yeni dünyagörüşü vətənində intişar etdirməyə çalışmışdır.
Ancaq məqsədinə çata bilmədiyi üçün otuz yaşlarında vətənini tərk etməyə məcbur olmuşdur. Tale onun yolunu Bəlx şəhərinə salana qədər Zərdüş öz ideyalarını bir çox ölkələrdə yayamq istəsə də, yenə müvəffəqiyyətsizliyə uğramışdır. Nəhayət, Bəlxdə tale onun üzünə gülmüşdür. Doğrudur, burda da iş asan getməmiş, çoxlu ağır sınaqlardan keçməli olmuşdur. Bəs çox sonralar başqa bir xalq tərəfindən qəbul edilmiş və həmin xalqın dilində öküz dərilərinə yazılmış bu yeni dinin orijinalı hansı dildə olub? Bu gün əldə olan parçalar Avesta dilindədir. Qədim Atropatendə üzü köçürülən nüsxə Makedoniyalı İskəndər Persepolu (İstəxri) fəth edəndə yandırılmışdı. Qədim parslar onun bəzi parçalarını qoruyub saxlamış və orta fars dilinə tərcümə etmişlər; ərəblər İranı zəbt edərkən özləri ilə Hindistana aparmışlar. İndi əldə olan Avesta həmin parçalardır. Hələlik məlum olan bu faktları söyləməkdə məqsədimiz odur ki, Avestanın yaradıcısı bunu şəksiz ki, öz doğma dilində, yəni Azərbaycan dilində yazdığı fikrini təsdiq etməkdir. Bu fikir aşağıdakı mülahizələr əsaslanır. Avestada parçalar qatlar adlanır. Bu şübhəsiz ki, üst-üstə yığılan öküz dərilərinin qatlarını ifadə edir. Daha bir fakt: Avestada göydən xəbər gətirən və ya göyə müraciət edilən sorğuya cavab verən mələkin adı Soruşdur. Nəhayət, bizdən min il öncə yaşamış Firdovsi Avesta qəhrəmanlarının tarixini təsvir edərkən Zərdüş dövründə turanlıların türk dilində danışdığını qeyd edir: “Be torki biamuz…”

P.S. Bu yazı Əlisa Nicatın «Zərdüş» povestinin ön sözündən götürülüb. 

Реклама
Categories: Nağıllara dönən tarix | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: