ARTAKSERKSİZM

Dilqəm Əhməd

Dilqəm Əhməd


“Cəhənnəmin varlığı üçün iblis qədər cəhənnəm əhli də məsuliyyət daşıyır. Lakin vay onda olur ki, cəhənnəm əhli cəhənnəm həyatında da xoşbəxt olur”. (Əlisa Nicat)

Əlisa Nicatın “Artakserks və Midiya türkləri” əsəri müasir Azərbaycan ədəbiyyatının nadir incilərindəndir.

İki min beş yüz il ərzində qədim Midiya, müasir Azərbaycan adlanan məkanda gedən proseslərin anlatıldığı roman öz orijinallığı, fərqliliyi ilə seçilir.

Roman cəhənnəmdə də xoşbəxt yaşamağı bacaran, bir gün cəhənnəmin qapısı açıldığı təqdirdə belə, oranı tərk etmək cəsarəti olmayan bir etnosun, yaltaqlığın, ikiüzlülüyün, qorxaqlığın hökm sürdüyü bir məmləkətin iki min beş yüz illik acılarla dolu, ikrah doğurucu yaşamını gözlər önünə sərir.

Kimdir Artakserks?

Minillər ərzində cilddən-cildə girə bilən, hər dönəmdə fürsət gözləməyi bacaran, fürsət gəldiyi təqdirdə ilan kimi qabığını tökərək cavanlaşan, şər ilə anlaşdıqdan sonra ölümsüzlük qazanan və bütün zamanlarda Midiya türklərinin qəniminə çevrilən bir despotdur.

Artakserks onun şərti adıdır.

O, təbiətin Midiya türklərinə bəxş etdiyi acı bir qəhqəhədir.

Elə bir qəhqəhə ki, qan içində boğulsalar da, etnosun seçkinləri tək-tək məhv edilsə də, millətin sərvəti talanıb satılsa da, xalq kimliyini itirib yad bir xalqa-bitlisiləşməyə düçar olsa da, kişiləri axtalanıb, qadınları zorlansa da, onlar hər dönəmdə artakserkslərə dua edir, artakserkslərin qısa yoxluqlarında əllərinə keçən azadlığı anlamayaraq yenidən köləliyi arzulayır, bütün həyatlarını alver və əyyaşlıqla söndürürlər.

Artakserks özünü belə təqdim edir:

“Mən iki gəncin xoşbəxtlik səhnələrindən deyil, faciəsindən, məsələn, qəzaya düşüb məhv olmasından xoşlanıram…Mən xoşbəxtliklərin deyil, bədbəxtliklərin atasıyam”.

Bədbəxtliklər atasına isə qarşı çıxacaq kimsə yox idi.

Qarşı çıxan mindəbirlər isə ya evinin qarşısında güllələnir, ya da ki, uzun müddət həbsə məhkum edilirdilər.

Millət total şəkildə bitlisiləşməyə məruz qalırdı.

Bitlisiləşmə yad bir kimliyə bürünmə, rüşvətxorluğa, ikiüzlülüyə, utanmazlığa, kişilikdən imtinaya və sair bir etnosu məhvə düçar edən hər bir şeyə verilən ümumi addır.

Artakserksizmə qarşı yeganə müxalifət bircə təbiət idi ki, yeni-yeni midiyalılar dünyaya gətirib, onların da on mində, yüz mində birisini sarsılmaz, satılmaz, barışmaz və sağlam düşüncə sahibi kimi formalaşdırırdı.

Artakserkslərin də məhz anlamadıqları, bu mindəbirlər içindən çıxan nadir nüsxələr idi.

Onlar yaradır, kəskin şəkildə onu tənqid edir, səfalət içində ömür sürür, yox olub gedir, lakin bitlisiləşmirdilər.

Amma bunun artakserkslər üçün heç bir əhəmiyyəti yox idi.

Çünki bu mindəbirlər mühitin dəyişilməsinə heç cür nail ola bilmirdilər.

“Ən fəna cəhəti isə bunda idi ki, tunelin ucunda iynənin gözü qədər də olsun, işıq görünmürdü…Olimpdə ləyaqətsizlik səltənəti, aşağılarda isə infuzorlar aləmi”.

Amma bütün bu ümidsizliklərə rəğmən Artakserksizmin unutduğu bir ibrət var idi:

“TARİXİN YEGANƏ İBRƏT DƏRSİ ONDAN İBARƏTDİR Kİ, HEÇ KİM ONDAN İBRƏT ALMIR”.

Реклама
Categories: Əlisa Nicat cazibəsində | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: