Əlisa Nicat Şamo Arifi haqlı sayır

Xalq yazıçısı Süleyman Rəhimovun oğlu yazıçı Şamo Ariflə Yazıçılar Birliyinin sədri Anar arasında yaranan söz davasının səs-küyü bitmək bilmir.  Tərəflər arasındakı qarşılıqlı ittihamlardan sonra digər yazıçı və şairlər — Əkrəm Əylisli, Mehriban Vəzir, Fikrət Qoca da bu söz atışmasına qoşuldular. Yazıçı Əlisa Nicat da məsələtə münasibət bildirib. Ə.Nicat bu cür mübahisələrin dünya ədəbiyyatında da olduğunu deyərək burada qeyri-adi heç nə görmədiyini bildirdi. Onun fikrincə, tarixin gizli səhifələrində yığılıb qalan həqiqətlər məhz bu cür mübahisələr yolu ilə ortaya çıxa bilər: “Bunlar təbii şeylərdir. Mən o boyda adamlara heç bir məsləhət vermək fikrində deyiləm. Üstəlik hesab edirəm ki, dünyada məsləhətdən əhəmiyyətsiz heç nə yoxdur. Hər kəsin öz prinsipində qalması, öz prinsiplərini müdafiə etməsi daha düzgün çıxış yoludur. Müəyyən həqiqət üzə çıxıbsa, o deyilməlidir. Amma onu deyə bilərəm ki, mən bu məsələdə Şamo Arifi daha haqlı sayıram”. Ə.Nicatın fikrincə, cəmiyyətdə biri layiq olduğundan daha artığına nail olursa, qiymətə layiq olan kölgədə qalırsa, bu, istər-istəməz müəyyən gərginliyə, narazılığa səbəb olur: “Biri daha çox işləyir az qiymət alır, o biri layiq olduğundan artığına sahib olur. Cəmiyyətdə bu cür ədalətsizlik olduğuna görə, istər-istəməz çox adam narazı qalır. Şamo Arif də Anar kimi bir yazıçıdır da. Anar mükafatlar alır, Şamo bir az kənarda qalır. İstər-istəməz belə şeylər insana toxunur. Hamı bu həyatda bir dəfə yaşayır. Hərənin min cür qayğısı var. Bütün bu toqquşmalara səbəb cəmiyyətdəki ədalətsizlikdir. İqtidar gərək hər tərəfə öz qiymətini verə. Birinə hər şeyi yükləyir, o birinə heç nə vermir. O da istər-istəməz acıqlanır, müəyyən həqiqətləri açıqlayır”.

«Azadlıq» qəzeti

Реклама
Categories: Açıqlamalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: