Şərqin Kafkası

Ruhunda Şərq müdrikliyi ilə Qərb idrakını birləşdirən

dahi filosof Əlisa Nicatın 75 illik yubileyinə

Seymur Əliyev

Seymur Əliyev


“Özüm də bilmirəm nə deyim bu dəm:

Görünür ya allah, ya da heç nəyəm”

M.Y.Lermontov

Tanınmış Azərbaycan mütəfəkkiri Əlisa Nicatın filosof və yazıçı olaraq kimliyi ölkə ədəbi və elmi-fəlsəfi mühiti ilə az-çox tanış olan hər kəsə yaxşı bəllidir. Saysız-hesabsız tarixi romanlar, povestlər, pritçalar müəllifi olan bu canlı əfsanənin 75 il ərzində yaratdığı zəngin ədəbi irs özlüyündə bütöv bir ölkənin ədəbi-fəlsəfi sərvətinə bərabər olan qeyri-adi və təkrarsız xəzinədir. Bu mənada Ə.Nicatın böyüklüyünü yenidən anlatmağa, onun misilsiz istedadının məhsulu olan qiymətli əsərlərin önəminə diqqət çəkməyə lüzum yoxdur. Lakin bu gün – 75 illik həyatının zirvəsində qərar tutan və bütün dünyaya öz zəkasının dərkedilməz ucalığından nəzər salan bu insan haqqında özşəxsi müşahidə və qənaətlərimin cüzi bir hissəsini dilə gətirməyi lazım hesab edirəm. Əminəm ki, aşağıda söyləyəcəklərimin doğruluğu yalnız Ə.Nicat dühasının pərəstişkarları tərəfindən deyil, onun ifşaedici söz qamçısının izlərini kürəyində daşıyan insanlar tərəfindən də qəbul ediləcək, daxilən də olsa təsdiqlənəcəkdir.

O, susarkən belə ətrafına alov səpələyirdi

Ə.Nicat dühasını dünyanın digər böyük simalarından fərqləndirən əsas xüsusiyyətlərdən biri onun həddindən artıq təvazökar olması, inanılmaz dərəcədə sadə və səmimi xarakterə malik olmasıdır. Məhz bu məziyyət onu digər dünya müttəfəkirlərindən fərqləndirən, ona əlavə dəyər qazandıran önəmli fərqliliklərdən biridir. Ə.Nicat yaradıcılığına nəzər salan və bu yaradıcılığın bütün əzəmətini varlığı ilə hiss edən hər kəs etiraf edər ki, bu qədər böyük sərəvətə, ilahi istedada malik bir insanın bunca sadə və təvazökar olması olduqca müşkül və inanılmazdır. Lakin o, məhz belədi, fəqət onun susqunğunda, zahiri səssizliyinin dərinliklərində qaynayan mübarizliyin əlamətlərini sezmək mümkündür. Mənə elə gəlir ki, Ə.Nicatın əzəmətli səssizliyini bir cümlə ilə belə təsvir etmək olar: “O, susarkən belə ətrafına alov səpələyirdi”. Onun səssizliyi Olimp allahlarının sakitliyinə bənzəyirdi. Bu, hər dəqiqə pozula və dəhşətli qasırğaya çevrilə biləcək bir sükunət idi. Və bu sükunət pozulduğu anda qarşısına çıxan hər şeyi önünə qatıb aparırdı.

Zəka və cəsarət mücəssəməsi

Ə.Nicatın ən böyük özəlliklərindən biri də onun hədsiz dərəcədə cəsarətli olması və bu özəlliyi öz yaradıcı təfəkkürü ilə birləşdirərək istibdada qarşı dağıdıcı bir qüvvəyə çevirməsidir. O, elliklə qorxaqlığın və kütləvi itaətin mövcud olduğu ən təhlükəli məqamlarda belə haqqın müdafiəsində dayanmaqdan çəkinməmiş, həqiqəti qəlbinin və zəkasının işığına söykənətək müdafiə etmişdir. Dövrünün “ziyalılarının” ölkə başçısının, məmurların şəninə nəğmələr qoşduğu, əsərlər yazdığı, onların qanlı əməllərini, ikrahedici ləyaqətsizliklərini ən ali məziyyətlər kimi mədh etdiyi bir zamanda baş verənlərə açıq-aşkar üsyan edən Ə.Nicat, bununla heç bir situasiyada öz daxili dünyasına xəyanət etmədiyini sübut etmiş, özü ilə başqalarının ən böyük fərqini ortaya qoymuşdur. Halbuki, bu riskli cəsarət, bu yenilməz qətiyyət onun özünün faciəsi ilə nəticələnə, fiziki məhvi ilə sonuclana bilərdi. Lakin bu real təhlükənin mövcudluğuna baxmayaraq hər zaman öz vicdanının səsinə qulaq asan filosof öz mətinliyi sayəsində yalnız qələmi ilə deyil, həm də cəsarəti ilə bir tarix yazmağı bacardı.

Maddi ehtiyacdan mənəvi kamilliyinə doğru

“Böyük zəka sahibləri üç şeydən birinin qurbanı olur: ya ehtiyac içində yaşayır, ya gənc ikən ölür, ya da nəsil qoymadan gedirlər”.

Bu qədim hind aforizmində əks olunan minillik həqiqətdən bütün düşüncə sahibləri kimi Ə.Nicat taleyinə də pay düşüb. İllər uzunudur ki, öz nəhayətisz istedadı və hədsiz mənəvi təmizliyinə rəğmən ağır maddi ehtiyacın pəncəsindən yaxa qurtara bilməyən böyük sənətkar bu gün də öz  zehni əməyi hesabına dolanmaqda, Azərbaycan reallığında qəpik-quruşla qiymətləndirilən bu ağır zəhmətin hesabına yaşamaqdadır. Fəqət Ə.Nicatın çox az adamda təsadüf edilən daha bir özəlliyi onun duyduğu maddi ehtiyacı mənəvi kamilliyinə tabe etdirə bilməsidir. Maddi ehtiyacla ləyaqətli həyat arasında reallaşan savaşda hər zaman ikincinin yanında yer alan Ə.Nicatın özünə sadiqliyi onun xidmət etdiyi ali missiyaya sadiqliyinin isbatıdır. Onun maddi məhrumiyyətləri mənəvi rahatlığının təminatçısı rolunda çıxış edir. O, artıq bir neçə on ildir ki, heç kimin yardımı olmadan, dövlət qayğısından uzaq bir halda yazdığı əsərlər hesabına yaşamaqda, öz səssiz əzəməti ilə ona ləyaqətini qurban vermək əvəzində milyonlar vəd edən sistemə meydan oxumaqdadır. Başqa sözlə desək, o, dahiliyin cüzi bir parçasını satmaqla firavan yaşayırdı.(İfadə Ə.Nicatın özünə aiddir). Lakin onda O, ƏLİSA NİCAT omazdı!

Bu şərəfli ömrü 100 yaşın üzərinə çıxarmasını arzu etdiyimiz Əlisa müəllimi 75 illiyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayırıq.

Реклама
Categories: Əlisa Nicat cazibəsində | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: