Simbioz

Simbioz təbiətdə və cəmiyyətdə geniş yayılmış bir qəribə hadisədir. Qəribəsi odur ki, bir qrup canlı başqa bir qrupla razılığa gələrək, parazit həyat sürür və ya bizim dildə desək, uzunmüddətli «cinayət» əməlinə başlayır.
Lakin simbioz çoxnövlüdür. Onun elə növləri var ki, orada həyat üçün müsbət, faydalı iş gedir. Məsələn, insanların ev heyvanlarını əhliləşdirdiyi kimi. İnsan toyuq-cücəni saxlayıb qidalandırır, onlar da əvəzində insanları yumurta və ətləri ilə təmin edirlər, eləcə, başqa ev heyvanları. Hətta eşşəklə də insan simbioza girir. Heyvan insanın işlərini görür, yükünü daşıyır, əvəzində qış aylarında yonca olmayanda insan onu saxlayıb yaşadır.Lakin ən qəribə simbioz təbiətin özündədir və mən hər gün onun bir növünü müşahidə edib, hətta işlərinə qarışıram. Bütün bitkilərin və meyvələrin mənəsi var. Bunlar balaca canlı parazitlərdir. Bütün bitkilərin zərif yarpaqlarına daraşıb şirəsini sovurur və ya meyvələrinin içinə girib orada böyüyərək qurda, tırtıla dönürlər. Bəs, simbioz bunun harasındadır? Simbioz orasındadır ki, qarışqalar bunu bilir və ağacları, budaqları, körpə yarpaqları gəzib həmin mənələrin yanına gələrək, onlardan həmin qidalı şirəni alırlar. Nəticədə onlara toxunmurlar. Bunlar necə danışıblar, haçan danışıblar, Allah bilir.
Lakin simbiozun ən pis növü yaramaz adamların başına toplaşıb onun alətinə dönəndə baş verir. Bu cür adamlar oğurluq edir, cinayət törədir, başlar kəsir, evlər yarır, evlər yıxır və həmin vojaklarla bölüşürlər. Həm özləri yaşayır, həm də onları yaşadırlar. Bütün yaramaz vojaklar məhz bu cür mənfur canlı alətlərin vasitəsi ilə parazit həyat sürüb həyatdan və hakimiyyətdən ləzzət alırlar.

Реклама
Categories: Pritçalar | 2 комментария

Навигация по записям

2 thoughts on “Simbioz

  1. Olduqca maraqlı yazılariniz var. Mütımmadi olaraq oxumağa çalışacam

  2. Samir Hasanli

    Axırıncı abzasdakilar məhə çox tanış gəldi.Azərbycan belələri ilə doludur.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: