Fatma Abdullazadədən Əlisa Nicat qadağası

75 yaşlı söz xəzinədarına bir prezident təqaüdü nədir ki?!

75 yaşlı fəlsəfə doktoru və sözün bütün mənalarında son Azərbaycan müdriki Əlisa Nicatın külliyyatının 4 və 5-ci cildləri işıq üzü görüb. «Adiloğlu» nəşriyyatı tərəfindən nəfis şəkildə tərtib və nəşr olunan cildlərə Əlisa müəllimin uzun illər bundan əvvvəl yazdığı bir çox əsərlər daxil edilib. 4-cü cilddə «Quli-Çur və ya Qızıl Bayraqlılar», «Rza xan», «Əsarət bayramı», «Artakserks və Midiya Türkləri» əsərləri, 5-ci cilddə «Qızılbaşlar» romanı, «Əsrin mənzərəsi», «Gilan», «Şirvan», «Təbriz», «Çaldıran» əsərləri və «Gərəksiz» povesti yer alıb. Qocaman fəlsəfə doktorunun bütün külliyyatı 30 cilddən ibarətdir və indiyə qədər 5 cild işıq üzü görüb.

Ömrünün bu çağında hələ də qurub-yaratmaqdan doymayan Əlisa Nicatın dövlət diqqətindən kənarda qalması bizi kədərləndirir. Son günlərdə əldə etdiyimiz bəzi məlumatlar isə, dövlətin ipinin kimlərin əllərində olduğunun əyani göstəricisidir. Məlumata görə, Əlisa Nicatın prezident İlham Əliyevə «Prezident təqaüdü» üçün etdiyi müraciət Prezident Administrasiyasının Humanitar Məsələlər şöbəsindən Azərbaycan Yazıçılar Birliyinə göndərilib. Böyük ehtimalla Fatma Abdullazadə Anar tərəfindən ərizənin təsdiqlənməyəcəyini güman edib. Amma Anar Əlisa Nicatın mənalı ömründə gördüyü böyük işləri nəzərə alaraq onun prezidentə etdiyi müraciəti təsdiq verib. Bundan sonra yenidən Fatma Abdullazadənin inhisarına qayıdan ərizəyə «yox» cavab verilib və Fatma xanım «neçə ki mən buradayam Əlisa Nicat prezident təqaüdü almayacaq» deyib. Səbəbi də aydındır. Fatma xanım işçilərinin yanında çəkinmədən «çünki bizim adam deyil» deyib.

Azərbaycan mədəniyyətinin ən layiqli xadimlərinə qarşı xüsusi amansızlığı ilə seçilən Fatma xanımın adamları görəsən kimlərdir və 75 yaşlı Əlisa Nicat nə etməlidir ki, onun adamı olsun?

Biz isə Əlisa Nicata uzun illər arzu edirik. Qoy Əlisa müəllim 30 cildliyinin (yeri gəlmişkən, bu ideya qəzetimizin baş redaktoruna aiddir – Red.) təqdimatını keçirsin, daha 20 cild əsər yazıb külliyyatını 50 cildliyə çıxarsın və özünün «Xural»a bir müsahibəsində dediyi kimi, bir çay sahilində bir komaya köçüb yaradıcılığına davam etdirsin…

Fatma Abdullazadəyə gəlincə, tarixdə və yaddaşlarda Əlisa Nicat, onun əsərləri qalacaq, Fatma isə qalmayacaq. Bunu indidən və əminliklə demək olar…

Millətin özüylə və dəyərləri ilə döyüşənlər heç bir zaman millətin tarixində qalmırlar…

XuralTAC

“Xural” qəzeti

Il: 9, Sayı: 017(425), 01-07 may 2011-ci il

Реклама
Categories: Açıqlamalar | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: