Trayan

Min illik Roma imperiyası tarixdə doğrudan da unikal hadisədir. Dünyada görünməyib ki, bir şəhər bu qədər yüzilliklər ərzində dünyanın yarısına ağalıq etsin. Bu parlaq tarixin eniş-yoxuşları, şərəf və triumflarla bərabər rüsvayçılıqları da çox olmuşdur. Ancaq bizim məqsədimiz rüsvayçılıqları deyil, şərəfləri, daha dəqiqi, ölkəsinə şərəf gətirənlərin əməllərini açıb göstərməkdir. Bu cəhətdən Roma imperatoru Trayanın həyatı gözəl nümunə sayıla bilər.
O, İspaniyada romalı ailəsində anadan olmuş, atası ilə Romanın İudeya və Parfiya hərbi kompaniyalarında sıravi bir legioner kimi iştirak etmişdi. İmperator Narva bu gənc konsulu oğulluğa götürmüş, Reyndə döyüşlərin komandiri kimi göstərdiyi rəşadətə görə ona «Germanski» titulunu vermişdi. 98-ci ildə Narvanın ölümündən sonra Trayan imperator seçilib, ilk növbədə quruculuq işlərinə başlamış məhkəmə sistemini qaydaya salıb təkmilləşdirmiş, yeni küçələr və kanallar çəkdirməklə kommunikasiya sistemini bərpa etmiş, Romanı yeni əzəmətli tikintilərlə bəzəmişdi. Bunlar onun texniki işləri idi. Lakin Trayan tarixə onlardan daha artıq ölkədə siyasi-mənəvi mühitin təmizləməsi ilə daxil olmuşdu.

O, vətəndaş azadlığını və xüsusilə söz azadlığını görünməyən dərəcədə yüksəltmiş, ölkədə hökm sürən donos və xəbərçilik maşınını məhv etmişdi. O, bütün donosçuları kompassız və yelkənsiz bir gəmiyə yığıb dənizə buraxmış, qoy başlarına nə gəlirsə-gəlsin, külək hara aparırsa aparsın, demişdi. Gizli imzalarla anonim yazan donosçuların isə yazdıqlarını oxumayıb, cırıb atmaqla problemi həll etmişdi.
Yalnız bundan sonra xarici siyasətə girişib, əvvəlcə narahat və üsyankar Dakiyaya yürüş etmişdi. Qeyd etmək lazımdır ki, onun Dakiyaya yürüşünün səbəbi dakların özlərini saymaz aparmaları, Roma ilə sazişdən imtina etmələri idi. Hər halda tarixçi Kiçik Plini belə yazır.
Trayan 101-ci ildə, indiki Rumıniyada yerləşən bu naməlum xalq üzərinə gedəndə daklar hazır vəziyyətdə onu gözləyirdi. Ona görə müharibə uzun çəkdi. Daklar həlledici döyüşdən yayınıb üzücü partizan mübarizəsi aparırdılar. Nəhayət, Trayan 106-cı ildə bu monolit və güclü xalqa qalib gəldi. Dağlar arası bütöv bir vadi dakların meyitləri ilə örtüldü və Dakiya Roma əyalətinə çevrildi.
Trayan Roma ənənəsinə uyğun olaraq bu qələbəsini 123 gün çəkən bayram və qladiator tamaşaları ilə qeyd etdi. Və senatın qərarı ilə bu qələbə naminə yeni meydan salınıb, orada möhtəşəm Trayan forumu ucaldıldı. Bir neçə əzəmətli binanı əhatə edən bu forumun ortasında 39 metr 83 santimetr hündürlüyündə əzəmətli kolonna ucaldıldı. Kolonnanın içində bizim Qız qalasında olduğu kimi mərmər bloklardan hörülən pilləkən qalxırdı. Pillələrin üstündə forumun kimin tərəfindən hansı məqsədlə tikilməsi yazılmışdı.
106-cı ildə Trayan Nabateya çarlığını fəth edib oranı Romanın əyalətinə çevirdi. 113-cü ilin payızında o, çoxdan bəri Romaya qarşı düşmənçilik siyasəti yeridən Parfiya çarlığına qarşı yürüşə çıxdı və 115-ci ildə onun paytaxtı Ktessifonu alıb Roma imperiyasının əyalətinə çevirdi. 114-115-ci illərdə Mesopotamiyanı fəth etdi.
Trayan Roma legionlarını Yuli Sezar dövründəki kimi qarşısıalınmaz bir qüvvəyə çevirdi. Babil, Suriya, Fələstin, Kipr, Misir, Liviya da Romanın əyalətinə çevrildi.
Trayan alicənab və ləyaqətli hökmdar kimi özünə bənzər insanları yüksək qiymətləndirdi. Tarixçi Kiçik Plini və Tasitə olan münasibətini buna misal göstərmək olar. O, Plinini Vifiniyaya əyalət başçısı göndərmiş, Tasiti isə konsul seçdirmişdi.
Trayan da Narva kimi sonsuz idi. Buna görə o, ömrünün sonlarında xalası oğlu Elio Adrianı oğulluğa götürüb özünə varis elədi. Trayan növbəti hərbi səfərdən qələbə ilə qayıdarkən yolda vəfat etmişdi.
Qəribədir ki, onun varis seçdiyiAdrian da ləyaqətli və bacarıqlı hökmdar və o da Trayan kimi sonsuz olmuşdur.

Реклама
Categories: Dünya sərkərdələri | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: