Bandit…

Rusiya milli azadlıq hərəkatı qəhrəmanlarını belə adlandırır

Şimali Qafqazda yerli xalqların hakimiyyətdə olan ruslarla milli azadlıq müharibəsi yeni bir fazaya qədəm qoyub. Azğın, mənfur və riyakar bir rejim və millət qədim və bütöv millətlərin yurd-yuvasını raket, təyyarə və vertolyot atəşləri ilə 20 ildir ki, xarabazara döndərməkdən əl çəkmir. Özü min illərlə kölə olan millət sayca özündən və hərbi texnika ilə yüz qat üstün olduğu, mərdlik, hünər, rəşadət və mənəviyyatca isə yüz qat aşağı olduğu millətlərin kökünü kəsmək, onları yerli-dibli məhv edib, gözəl ölkələrinə sahib olmaq niyyətindən heç cür, heç vəchlə əl çəkmir. Vaxtaşırı hardasa bir yalançı bomba partladıb, heç kim ölməsə də, ölüxanadan bir neçə ölü gətirdib televiziya ilə göstərərək hər hansı bir igid və qəhrəman çeçenin, inquşun, kabardin, balkar, çərkəz, avar, ləzgi və başqalarının boynuna ataraq, adam ovuna çıxması ruslar üçün adi gündəlik bir iş olub.

Elə bir gün olmur ki, rus spesnazının başkəsənləri hansı bir çeçen, inquş və ya başqa passionar və vətənpərvər dağıstanlınınsa ovuna çıxıb, hərbi maşınlarla onu tapıb güllələrlə dəlik-deşik etməsinlər və bunu terrorçuluğa qarşı mübarizə kimi axmaq və qorxaq BMT-yə, ABŞ və Avropa dövlətlərinə sırımasınlar.
«Terrorist» sözünü eşidəndə dizləri əsən ABŞ konqresmenləri, avroparlamentarilər həqiqəti bilsələr də, qorxularından səslərini çıxartmayıb bu ağlasığmaz qəddarlığa və riyakarlığa göz yumurlar.
Hələ 150 il əvvəl qəhrəman çərkəzlər rusların işğalından sonra sayca saysız olan bu çəyirtkə millətin onunla yanaşı yaşayıb ağalıq etməsinə dözə bilməyib vətənlərini tərk edərək, minlərlə kəl arabasında qardaş Türkiyəyə üz qoymuşdular.
Rusların – bu çəyirtkələrin bu gün də məqsədi həmin məqsəddir. Bu xalqları ərazilərindən didərgin salmaq, ya da qırıb-qurtarmaq. Ən axırda isə assimilyasiya edib bu gözəl torpaqları, dağları, kurortları, çayları mənimsəmək!
Harada bir məğrur kişi, bir ər baş qaldırırsa, çəyirtkə ruslar bandit damğası vurub, gündüz günorta çağı hamının gözü qabağında gülləyə tutub dəlik-deşik edirlər.
Kimin onlara gücü çatacaq? Hakimiyyət onlarda, raketlər, bombalar, təyyarə, vertolyotlar onlarda, özləri də yüz milyon.
Allah da ki, yerdəki işlərə qarışmır.

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: