Xiyaxiro Toqo

Yapon admiralı Toqo(1848 — 1934) hərbçi ailəsində anadan olmuşdu. O, dənizçiliyi sevib 1871-ci ildə yapon imperator donanmasında qulluğa girmiş, sonra İngiltərə donanmasında təcrübə keçmişdi. Burada riyaziyyatla, gəmiqayırma ilə yaxından tanış olmuşdu. Toqo (Tōgō Heihachirō) Vətəninə qayıdıb uzun illər müxtəlif gəmilərdə xidmət edərək dəniz döyüşlərində qələbə çalmağın bütün incəliklərini öyrənmişdi. Keçən əsrin axırlarında yaponlar Koreyanı işğal etmişdilər. Elə həmin illərdə Toqo öz «Paniva» kreyseri ilə bir neçə düşmən gəmisini batırmışdı. Bir neçə il sonra o, Çinin Formoza adasına da desant çıxarıb oranı ələ keçirmişdi. XX əsrin əvvəllərində məlum oldu ki, Şərqi Asiyanın Sakit Okean sularında hegemonluq uğrunda balaca Yaponiya ilə nəhəng Rusiya arasında barışmaz ziddiyyət və rəqabət yaranıb. Belə ziddiyyətlər isə heç vaxt toqquşmasız başa çatmır və Yaponiya buna ciddi hazırlamağa başladı. İmperator təcrübəli dənizçi kimi admiral Toqonu yapon donanmasının baş komandanı təyin etdi. Toqo bilirdi ki, Rusiya daha çox Avropa ölkələrindən ehtiyat edib donanmasının yarıdan çoxunu Baltik dənizində saxlayır. Həmin hərbi zirehli gəmilərin Vladivostoka və Port-Artura gəlməsi üçün isə aylarca vaxt lazımdır. Buna görə o, fürsəti fövtə verməyib güclü Port-Artur limanındakı gəmilərə hücum etdi.
1904-cü ilin iyununda o, donanmasının başqa admiralları ilə bərabər Sarı dənizdə rus Sakit Okean eskadrasının demək olar ki, yarısını batırdı. Qalanları tələsik Port-Artura çəkildilər. Lakin Toqo quru qoşunların arxadan Port-Arturu qəhrəmancasına top atəşinə tutması nəticəsində bu qala limanı dənizdən yaylım atəşləri ilə təslim olmağa məcbur etdi. Beləliklə, qəhrəman Toqo rus imperiyasının Uzaq Şərq donanmasını demək olar ki, məhv etdi. Rusiya tələsik Baltik donanmasının böyük əksəriyyətini Vladivostoka göndərdi.
Nəhayət, 28 may 1905-ci ildə gəmilər gəlib Uzaq Şərqə çatdılar. Rus donanması çox güclü idi. Lakin Toqo da manevr etməkdə usta idi. Döyüş mayın 14-də başlandı. Rus donanması 8 eskadra zirehli gəmisi, 3 müdafiə zirehlisi, 1 zirehli kreyser, 8 döyüş kreyseri, 5 köməkçi kreyser və 9 eskadra minaatanından ibarət idi. Donanma komandanı vitse-admiral Rojestvenski «Suvorov» zirehlisini flaqman gəmisi edib döyüşə başçılıq edirdi. Yaponlar donanmalarını iki hissəyə ayırıb birinə Toqo, digərinə isə admiral Kamimura başçılıq edirdi. Donanmalar keyfiyyət və kəmiyyətcə eyni olsalar da, rəhbərlik fərqli idi. Və bu da son nəticədə öz təsirini göstərdi.
Yaponlar Koreyanın Mozampo limanında və Tsusima adasında dayanıb rəqiblərini gözləyirdilər. Admiral Rojestvenski Koreya körfəzindən Vladivostoka keçib, orada yaponları qarşılamağı qərara aldı. 14 may gecəsi rus donanması körfəzə daxil oldu. Qabaqda kreyserlər, dalınca da bütün başqa hərbi və yük gəmiləri gəlirdi. Ruslara məlum oldu ki, onların hərəkətini görüblər. Ancaq Rojestvenski planını dəyişmədi. Bu zaman Toqo çox cəsur bir fikrə gəlib rus flaqman gəmisini və başqa gəmilərini batırmağı qərara aldı. Lakin ilk atəşi ruslar açdı. Ancaq bu atəşlər effekt vermədi. Sonra yaponlar yaylım atəşlərilə rusların «Oslyaba» zirehli gəmisini batırdılar. Mayın 14-ü saat 13.30 dəqiqədə isə «Suvorov» kreyseri sıradan çıxdı. Bundan sonra isə «3-cü Aleksandr» kreyseri də məhv edildi. Ruslar bunu görüb geriyə — Susima adasına tərəf döndülər. Axşama yaxın yaponlar daha zirehli rus gəmisini — «Borodino»nu batırdılar. Nəhayət, ruslar da üç yapon zirehlisini məhv etdilər. 15 may səhərin sübh çağı məlum oldu ki, rus gəmilərinin nizamı büsbütün pozulub. «Admiral Uşakov» və «Dmitri Donskoy» zirehlisinin də məhv edilməsindən sonra admiral özü də təslim oldu. Qalan gəmilərin hərəsi bir yana üz tutub başqa ölkələrə tabe oldular.
Toqo rus-yapon müharibəsinin baş qəhrəmanı oldu. Onun qalibiyyətli «Mikasa» flaqman gəmisi muzeyə çevrildi. Toqo bundan sonra da 30 il yaşayıb yapon hərbi donanmasını elə bir yüksəkliyə qaldırdı ki, hətta ABŞ kimi nəhəng bir dəniz dövləti ilə illərlə vuruşan Yaponiya son nəticədə yalnız atom bombalarının qırğını ilə məğlub edildi.

Реклама
Categories: Dünya sərkərdələri | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: