İvao Oyama

Yaponiyanın 1904-1905-ci il rus imperiyası üzərində fenomenal qələbəsində dəniz müharibələrində əgər əsasən Toqo qalibiyyətli sərkərdə sayılırsa, quru qələbələrində bu şərəfə markiz marşal Oyama layiqdir. Hərçənd ki, general Maresuke Noqi və xüsusilə feldmarşal Talesada Kurokinin və baron Yakosato Okunun adlarını xatırlamamaq da insafsızlıq və ədalətsizlik olardı.
Oyama(1842 — 1916) markiz və marşal idi. Yaşı 60-ı keçsə də, onun sərkərdəlik dühası 1904-1905-ci il rus-yapon müharibəsində özünü parlaq surətdə əks etdirdi. Oyama 1885-96-cı illərdə Yaponiyanın hərbi naziri idi. Müharibə başlayanda o, Mancuriya və Lyaodun yarımadasında quru qoşunların baş komandanı təyin olundu. Admiral Toqonun Port-Arturu təslim olmağa məcbur etməsində heç şübhəsiz ki, general Noqinin qalanın qurudan beşqat keçilməz hasarlarını dağıdıb müdafiə istehkamlarını tamamilə məhv etməsinin həlledici rolu oldu. Lakin Ernest və Trevor Düpilər yazır: «Mancuriyada rusların böyük qüvvələri vardı. Yaponlar rus ordularını əzib Yalu çayından geri atdılar. Ruslar Lyaoyanda böyük qüvvə cəmləşdirmişdilər. Marşal Oyama bütün yapon quru ordularının komandanı kimi üç birləşmiş qüvvə ilə rus generalı Kuropatkinin yaxşı möhkəmlənmiş mövqelərinə doğru yeridi. Onun ordusu 125 min, ruslar isə 160 minə qədər idilər. Kuropatkin yaponlara qarşı hücuma keçmək istədi. Lakin yerində dayandırıldı. İkinci həmlə təşəbbüsü də boşa çıxdı. Nəticədə ruslar yavaş-yavaş Muqdenə — Şimal tərəfə çəkildilər. Kuropatkinə yeni qüvvələr qoşuldu. Ruslar 200 minlik nəhəng bir ordu ilə mövqe seçməyə gedirdilər. Bilirdilər ki, bu quruda onlar üçün həlledici döyüş olacaq. Şaxe çayında ruslar marşal Oyamanın üzərinə yeridilər. Kuropatkin general Kurokini sıxışdırıb əzmək istəyərkən marşal Oyama 13 oktyabr 1904-cü ildə elə qəzəblə onun üzərinə şığıdı ki, Kuropatkin hücumdan əl çəkib mərkəzə köməyə gəldi. Bu zaman ruslar 40 min, yaponlar isə 20 min itki verdilər. Ruslara hər gün minlərlə kömək gəlirdi. İndi artıq Kuropatkinin sərəncamında 300 minə qədər bir ordu vardı. Topların sayı mindən çox idi. Rusların Uzaq Şərqdəki bütün generalları burada idi. Kuropatkin marşal Oyamaya Port-Arturdan kömək gələnə qədər 1905-ci il yanvarın 26-27-də onu əzmək üçün hücuma keçdi. Lakin onun iki günlük hücumları heç bir nəticə vermədi.
Nəhayət, ruslar üçün fəlakətli 1905-ci il 26 fevral — 10 mart günləri gəlib çatdı. 600 mindən artıq qoşun üz-üzə durmuşdu. Cəbhə xətti 65 kilometr idi. Oyama rusları mühasirəyə almaq üçün general Noqiyə onları sol cinahdan əhatə etməyi tapşırdı və özü rusların falanqasını xeyli kənara atdı. Kuropatkin mühasirəyə düşəcəyindən qorxub ordunun qalıqları ilə Mukdendən şimala — Xarbinə çəkildi. Yüz minə qədər rus əsgər və zabiti məhv edildi. Və bununla da rusların quruda hərbi əməliyyatlarına son qoyuldu.
Marşal markiz İvao Oyama böyük qələbələrinə görə 1905-ci ildə şahzadə təyin olundu. 1912-ci ildə isə ömürlük QENRO rütbəsinə, yəni imperator yanındakı Ağsaqqallar Şurasına üzv seçildi.

Реклама
Categories: Dünya sərkərdələri | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: