Şah İsmayıl Xətayi və Yavuz Sultan Səlim

Şah İsmayıl – Hə, Bəyazid oğlu, nə oldu, dünyanı fəth edə bildinmi ?

Sultan Səlim – Hər halda səltənətimin hüdudlarını Misirin sərhədlərinə kimi genişləndirdim.

Şah İsmayıl – Bunun şəxsən sənə nə xeyri oldu ? Səfasını görə bildinmi ?

Sultan Səlim – Biləndə ki, türk qılıncını uzadıb Afrikanın səhralarına sancdım, məmnimçün elə bu da kifayətdir.
Şah İsmayıl – Aya ağılsız, əgər biz birləşə bilməsək də, heç olmazsa bir-birimizlə işimiz olmasaydı, onda daha neçə ölkəni çökdürə bilərdik.

Sultan Səlim – Mən onsuz da diz çökdürəcəkdim, neyləyim ki, yolumu mənədn yüz qat artıq bir qüvvə kəsdi.

Şah İsmayıl – Görürəm, ağlın hələ də başına gəlməyib.

Sultan Səlim – Bəs sən çox ağıllıydın ? Sənin Xülafə xanın deyildimi Trabzonda mənə başıa bağlamaq üçün örpək göndərən.

Şah İsmayıl – Mənim bu əhvalatdan xəbərim olmamışdı. Nə qədəər məktub yazıb səni sülhə çağırdım . Ölkələrimizi qardaşlaşdıra bilərdik. Gərəksizləriiçimizdən, ətrafımızdan təmizləyib nəvə, nəticələrimiz üçün nələr edə bilərdik.

Sultan Səlim – Fatehlik elə dadlı oyundur ki, bütün başqa ehtirasları söndürür. Mənə elə gəlir ki, biz o zaman öz iradəmizlə deyil, kiminsə istəyiylə hərəkət edirdik. Buna elmdə tarixi zərurət deyirlər.

Şah İsmayıl – Yaxşı, bəs onda niyə həmin tarixi zərurət əvvəl bir məqsəd dalınca göndərir, sonra ağzından vurub geri qaytarır.

Sultan Səlim – Tale həmişəlih birini sevmir.

Şah İsmayıl – Niyə ki… Mən uzun ömür yaşayıb həmişə də qələbələr çalan nə qədər hökmdar tanıyıram.

Sultan Səlim – Ola bilər. Fələyin işlərinin məntiqini anlamaq insan ağlı üçün əlçatmazdır.

Şah İsmayıl – Mən namərdlik eləmədim, sən elədin. Mən gecə sənin üstünə hücum edə bilərdim, eləmədim. Sən isə qılıncların döyüşdüyü yerdə topları işə saldın.

Sultan Səlim – Başqa əlacım yoxdu. Sənin süvarilərinin qabağında duruş gətirmək olardımı ? Sənin xalqın azadlıqda güxlüdür, mənimki təhkülə zamanı.

Şah İsmayıl – Sənin ordunun gücü nizam-intizamda, dönməzliyində, qələbəyə alışmağında.

Sultan Səlim – Bəs yeniçərilər ?

Şah İsmayıl – Yeniçərilər əlahiddə bir şey, sizin ümidinizdir. Bizim gücümüz isə cəsurluğumuzda, igidliyimizdədir. Çaldırandan sonra səni öldürmək üçün könüllü ölümə gedən beş yüz döyüşçümüzün əməini nə onlardan əvvəl, nə də sonra belə kütləvi şəkildə təkrar edən olmadı.

Sultan Səlim – Belə bir ordunun heyf ki, sənin kimi bacarıqsız bir sərkərdəsi vardı.

Şah İsmayıl – Bu sözləri iyirmi iki yaşına kimi dörd böyük döyüşdə qələbə çalan adama deyirsən ?

Sultan Səlim – Onlarda sən yox, sənin sərkərdələrin qalib gəlib. Hələ kim nə bilir, bəlkə də sehrbazlıqla qalib gəlmisən.

Şah İsmayıl – Bəs, o sehrbazlıqla niyə sənə qalib gələ bilmədim ?

Sultan Səlim – Çünki mənə və türk ordusuna heç bir sehrbazlıq bata bilməz.

Şah İsmayıl – Eləmi ? Bəs niyə oğlun Süleyman elə bir dövrdə Vyananı ala bilmədi ?

Sultan Səlim – Çünki Tanrı bunu istəmədi.

Şah İsmayıl – Nə oldu, qələbə çalanda sizin olur, məğlub olanda günahı Tanrının boynuna qalır ? Yox, səbəb Tanrı deyil, ya siyasətsizlikdir, ya da nəşəyəqurşanıb vaxtından əvvəl qocalmağınız.

Sultan Səlim – Ola bilər. Amma bir şey var ki, bu qədər türk xalqları içində, yalnız biz köləlik nə olduğunu bilmədik.

Şah İsmayıl – Sizin ölkə Azərbaycan qədər zəngin deyildi. Zənginlik kiçiç xalqlar üçün bədbəxtlikdir. Bir də ruslar və farslar kimi məkrli və amansız qonşularınız yozdu.

Sultan Səlim – Niyə ki ? Sizi əsarətdə saxlayanlar məgər bizim də qonşularımız deyil ?

Şah İsmayıl – Dayan, bir də sizin analarınızdan biri zamanın istədiyi oğlu doğa bildi, bizimki isə yox.

Sultan Səlim – Ola bilər. Amma sizin köləliyinizin səbəbi həqiqəti sevməməyinizdir. Siz yalançı bütlərsiz keçinə bilməzsiz. Səcdə etmək tələbatı sizin qanınızdadır.

Şah İsmayıl – Ola bilər. Amma bununla belə yenə dünyada mən bilən sizinlə bizim qədər bir-birinə yaxın xalqlar yəqin ki, çox az olar.

Sultan Səlim – Hardasa hədsiz yaxın, hardasa uzaq…

Şah İsmayıl – Elə də olmalıdır. Bir-birinin eyni olan, hətta iki əkiz qardaş tapmaq da çətindir. Beş barmağın hərəsi bir cürdür, ancaq hamısı eyni məqsədəxidmət edir. Görəsən bizim ən böyük fərqimiz nədir ?

Sultan Səlim – Ən böyük fərqimiz odur ki, biz əsarətdə yaşaya bilmədik, siz isə azadlıqda.

Şah İsmayıl – Gələcək azadlıq üçün müvəqqəti əsarətə dözmək məncə müdriklik əlamətidir.

Sultan Səlim – Köləliyin dadını görən ondan əl çəkə bilməz.

Şah İsmayıl – Tarix bunun əksini sübut edən misallarla doludur.

Sultan Səlim – Əsarətdən sonrakı azadlığın faydası az olur.

Şah İsmayıl – Niyə ?

Sultan Səlim – Çünki əsarətin qışından bircə dənə də faydalı, məhsuldar toxum salamat çıxa bilmir.

 

Реклама
Categories: Ruhların söhbəti | 1 комментарий

Навигация по записям

One thought on “Şah İsmayıl Xətayi və Yavuz Sultan Səlim

  1. Axundsoylu

    adamin ureyi agrayire (( bunlara bax.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: