Şah İsmayılı təhqir edən professora cavab

Əlisa Nicat: «Söhbət Osmanlıdan və Səfəvilərdən yox, sadəcə, iki güclü sərkərdənin fatehlik planlarından getməlidir»

Zaman dəyişdikcə, Azərbaycan tarixinin müxtəlif dövrlərinə yeni tələblərlə qayıtmaq, dəyərləri yenidən qiymətləndirmək mümkün, hətta vacib məqamdır. Bu günlərdə məşhur «26 Bakı komissarları» ilə baş verənlər buna bariz nümunədir.

Ancaq etiraf etməliyik ki, tariximizin elə şanlı səhifələri və şəxsiyyətləri var ki, hansı prizmadan baxırsan bax, onların həqiqi dəyəri artar ki, azalmaz.
Azərbaycanın böyük sərkərdəsi, «14 ildə 14 ölkə fəth edən» (Karl Marks) şah babamız Xətai və onun qurduğu Səfəvilər dövləti bu sıradan olan tarixi həqiqətlərdəndir. Bu gün Şah İsmayılın fəaliyyəti və yaradıcılığı baxçalardan, orta məktəblərdən başlamış ölkəmizin şanlı keçmişi kimi təbliğ olunur.
Şah İsmayıl və onun qurduğu Səfəvilər dövləti haqqında Azərbaycan yazıçıları dəyərli əsərlər yaradıblar. Bu sıradan uşaqlıqdan hamımızın sevə-sevə oxuduğu Fərman Kərimzadənin «Çaldıran döyüşü»nün və Əlisa Nicatın «Qızılbaşları»nın adını çəkmək kifayətdir. Ancaq bu günlərdə «Lent.az» saytında «Türk millətinin tarixi, qurduğu dövlətlər və ata-babaları» adlı bir kitab haqqında oxuduğumuz resenziyadan anlamaq olur ki, artıq Şah İsmayıla da qara yaxmaq, nəinki onun böyük sərkərdəliyini inkar etmək, hətta onu türk millətinin düşməni kimi qələmə vermək olar. Hər halda professor Fazil Qaraoğlu adlı müəllifin yazdığı kitabından belə məlum olur. Ona görə də, kitabla biz də tanış olduq.
Məlum oldu ki, Azərbaycan əsilli, Türkiyədə yaşayan bu «professor»un kitabında həqiqətən bir sıra ciddi qələtlərə yol verilib. Kitabda əsas istiqamət kimi araşdırma mövzusu olaraq Osmanlı imperiyası götürülsə də, hər addımbaşı Səfəvi dövlətinin və onun hökmdarının ünvanına işlədilən nalayiq kəlmələr artıq bütün çərçivələri aşıb keçir. Müəllif türk millətinin tarixini yazdığını iddia edir və kitab boyu Osmanlı daxilində baş verən bütün narazılıqları, qarşıdurmanı, üsyanları birbaşa Səfəvi dövlətinin adına bağlayır. Məsələn, Fazil Qaraoğlu yazır: «Uzun Həsən cəsur, tədbirli və comərd olduğuna görə ordusunun ona qarşı olan sevgisi və hörməti tam idi. Fəqət ağqoyunluların düşməni Qaraqoyunlu Cahan şahın Ərdəbildən qovduğu səfəvili Şeyx Cüneydi öz ölkəsinə dəvət edib onu öz bacısı Xədicə bəyimlə evləndirməsi və Şeyx Cüneydi öz xənadanına qohum etməsi ağqoyunluların və türk-islam aləminin əleyhinə olmuşdur».
Yaxud Səfəvi dövlətinin yaranmasına müəllifin münasibətinə diqqət edək: «Bu arada Ağqoyunlu dövlətini aradan qaldıran Şah İsmayıl Azərbaycan, İraq və İranı ələ keçirərək sərhədlərini Ceyhun çayına qədər genişləndirib sünni özbəkləri də məğlub etdikdən sonra Anadoluya yönəlmişdi. Göndərdiyi xəlifələrin vasitəsilə Osmanlı sərhədləri içərisində yaşayan şiələri özünə bağlayır, fürsət tapdıqca üsyanlar çıxarırdı. I Səlim Şah İsmayılın bu təhlükəli təşəbbüslərinin qarşısını almanın tək yolunun Anadoluda şiəliyin inkişaf etməsinin qarşısının almaq, hətta kökünü kəsmək olduğunu bilirdi. Buna görə də, İranda qurulan şiə dövlətinin tez-tez Osmanlı dövlətini təhdid etməsinə və qərbə qarşı açılan hər səfərdə Osmanlını arxadan vurmasına son vermək istəyirdi».
Onu da qeyd edək ki, müəllif o dövrün tarixi həqiqətlərini təhrif edərək Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Səfəvilər dövlətinin bir yığın «əxlaqsız və pozğun» tərəfindən idarə edildiyini yazır: «Divanda aparılan uzun müzakirələrdən sonra İran üzərinə səfərə çıxmağa qərar verildi. Səfər hazırlığı əsnasında şahzadəliyindən bəri təsbit etdirdiyi pozğunçuları və məmləkət əleyhinə çalışanları sürgün etdirdi, bəzilərini həbs və lazım olan cəzalara çatdırdı. Sultan I Səlim xanın xain və əxlaqsızları Anadolu və Rumelidən təmizləməsi Türkiyənin birlik və bərabərliyi, ölkə bütünlüyü üçün çox isabətli və zamanında alınan bir qərar oldu. Səfər hazırlıqlarını tamamlayan sultan 20 aprel 1514-cü ildə Ysküdara keçərək İran üzərinə səfərə çıxdı. Şah İsmayıl igidlik nümayişi tələb edən ər meydanına dəvət edildi. Şah İsmayıl meydana çıxmadıqda Səfəvi torpaqlarına girdi. Şah İsmayılın ölkəsini Sultan I Səlim xana qarşı müdafiə etməməsinə qarşı ikinci bir namə göndərdi. Yenə cavab almayınca irəliləməyə başladı. Bu arada Səfəvi ordusunun Çaldıran ovasında olduğu xəbəri gəldi. Səlim xan ordusu ilə birlikdə Çaldırana gəldi və 23 iyul 1514-cü ildə Çaldıran ovasında İran şahı Şah İsmayılın ordusu ilə döyüş başladı. Bu döyüş osmanlı ordusunun zəfərilə nəticələndi. Şah İsmayıl Səfəvi taxtını, tacını buraxıb döyüş meydanını tərk etdi…».
Bu sətirlərdən də göründüyü kimi, F.Qaraoğlu tarixi faktları təhrif etməklə yanaşı, bir sıra ciddi anlayışları da qarışıq salır. Görəsən, yazıçının «Osmanlı» yerinə «Türkiyə», Səfəvi yerinə «İran» yazmaqda məqsədi nədir?
Müraciət etdiyimiz dəyərli yazıçı-filosof Əlisa Nicat adıçəkilən kitab və müəllif haqqında məlumatsız olduğunu söyləyərək, kitabdan onun diqqətinə çatdırdığımız parçalardan yalnız təəssüf hissi keçirdiyini bildirdi. «Professor»u tarixi təhrif etməkdə, yanlışlıqlara yol verməkdə suçlayan Ə.Nicat türk dövlətlərinin birliyi naminə Şah İsmayılın döyüşdən imtina etdiyini bildirdi: «Sultan Səlim deyil, Şah İsmayıl Osmanlı türkləri ilə Qızılbaşlar dövləti arasında müharibə olmasını istəməyib. Hətta Sultan Səlimin təhqir dolu məktublarına Şah İsmayıl səbrlə cavab vermişdi. Bunu qorxaqlıq kimi qiymətləndirən yazıçı bilməli idi ki, Şah İsmayıl qorxaq olsaydı, qısa müddətdə o cür nəhəng imperiya yarada bilməzdi. Həmçinin, Şah İsmayıl qorxaq olsaydı, elə gecə ikən Osmanlı ordusuna hücum edərdi. Bir məqamı da diqqətə çatdırım. Baxmayaraq ki, Sultan Səlim ilə Şah İsmayıl arasında münasibət pis deyildi, amma onlar bir-birlərini həzm edə bilmirdilər. Bunlardan ikisinin bir yerdə olması da mümkün görünmürdü. Söhbət Osmanlıdan və Səfəvilərdən yox, sadəcə, iki güclü sərkərdənin fatehlik planlarından getməlidir».
Əlisa Nicat onu da bildirdi ki, Şah İsmayıl yaradıcılığı, böyük Divanı, Azərbaycan türkcəsində saysız əsərləri olan türk hökmdarlarından biridir: «Sultan Səlim də yazırdı, amma yazdıqları fars dilində olan cəfəngiyyatdan başqa bir şey deyildi. Şah İsmayılın yazdıqlarınin 90 faizi isə Azərbaycan türkcəsində idi. Şah İsmayıl Azərbaycanın ana dilində məktəb yaratdı».
Qızılbaşların başkəsən kimi qələmə verilməsinə isə yazıçının münasibəti daha maraqlı oldu: «Müharibədir, müharibədə həm öldürür, həm də ölürlər. Şah İsmayılın həyata keçirdiyi müharibənin 4-ü öz ərazisində Azərbaycanı birləşdirmək naminə olmuşdu. Şeybani Xan Şah İsmayıla dəfələrlə təhqir dolu namələr göndərməsinə baxmayaraq, yalnız qoşun çəkib gələrkən Şah İsmayıl məcbur olub cavab vermişdi. Bu səbəbdən də döyüşənləri «başkəsən», «quldur» adlandırmaq olmaz. Belədirsə, o zaman Yuliy Sezar, Makedoniyalı İsgəndər də quldur olmalıdırlar. Bilirsiniz, şahların, fatehlərin işi elə bundan ibarət idi».
Məsələylə bağlı AMEA-nın Tarix İnstitutunun rəyini öyrənməyə çalışsaq da, gün ərzində institutdan zənglərimizə cavab verən olmadı.

Aytən NƏBİYEVA

Реклама
Categories: Açıqlamalar | 4 комментария

Навигация по записям

4 thoughts on “Şah İsmayılı təhqir edən professora cavab

  1. Orxan

    Fazil Qaraoğlu şərəfsizlik edib

  2. Huseynaga

    Turklerin ona gore Sevevilerden ve birbawa Sah Ismayildan ona gore xowu gelmir ki,onlar Sieliyi yayiblar,amma tarixe dayandiqda gorerikki doyuwden qabaq kim ehyassizliqla ve agzina geleni yazmaqla mekublar gonderib bunlar da tarixdi

  3. Əgər şah İsmayıl qorxaq olsaydı,20 minlik qoşunla 100 minlik osmanlı qoşununa qarşı savaşmazdı.Şah İsmayıl istəsəydi çaldıranda qalib gələ bilərdi.Lakin şah İsmayıl həmişə osmanlı ilə münasibətləri yoluna qoymağa çalışıb.

  4. XAHİS EDİREM HORMETLİ PROFESİRİMİZA TEHKİRLER YAZMAYASİNİZ

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: