Paniyalı Prisk: «Atillanı necə gördüm»

“Çünki Tanrı özü bunu istəyib, müharibə allahı Marsın qılıncını ona göndərmişdir”

Çağdaş Azərbaycanın sonuncu filosofu Əlisa Nicat Paniyalı Priskin Atilla haqqında olan xatirələrini dilimizə çevirib. Hələ illər öncə sovet dönəmində yazmış olduğu “Krallar onun sərkərdəsiydi” adlı hekayəsində Əlisa bəy hun türklərinin başçısının orijinal obrazını yaratmışdı. Atillanı düşmən cəbhədə qərar tutan müasirindən öyrənmək isə daha həyəcanlıdır. Baxmayaraq ki, Prisk romalı idi, amma bütün hallarda hər bir şeydən üstün olan insanlığı onun gerçək bir xatirə yaratmasına səbəb olub. Prisk qeyd edir ki, romalılar Atillanın hər cür tələbinə əməl edir, onun hər cür təhrikinə rəhbərlikdən gələn əmr kimi baxırdılar. Hətta bunu özlərinə alçaqlıq bilsələr də, yenə də Atillanı əzizləməkdə, onun göndərdiyi elçiləri təmtəraqla yola salmaqda davam edirdilər. Atillanın ətrafında dahilər qərar tutmuşdu. Gələcəkdə Romanın varlığına son qoyacaq hun sərkərdəsi Odoakrın atası skif Edikon böyük hərbi qələbələr qazanmış bir şəxs kimi Bizansa göndərilən elçilərə rəhbərlik edirdi.

Romalılar Edikonu qızılla ələ alaraq, onu Atillaya qarşı xəyanət etməyə həvəsləndirsələr də, sadiq Edikon bu planı Atillaya danışaraq, iştirakçıların cəzalandırılmasına nail olur. Romalılar Atillanı barbar olaraq görürdülər, amma elçiləri onu qapısında növbə ilə dayanırdılar. Prisk İtaliyadan elçi olaraq gələn Romulun dilindən yazır: “Atillanın bəxti böyükdür. Bu bəxtin bəxş etdiyi əzəmət onu o qədər məğrur edib ki, o necə haqsız olursa-olsun, xeyrinə deyilsə, heç bir anlayışa güzəştə getmir. Onun hökmranlığı hətta Okean adamlarını belə əhatə edir və nəinki Skifiya məmləkətlərini, hətta Romanı da xərac verməyə məcbur edir”. Prisk daha da soyuqqanlılıq göstərərək qəzəbli bir vaxtında Atillanın dediyi və tarixə not olaraq düşəcək məşhur bir sözünü də qeyd etməkdən çəkinməyib: “Zira, o, artıq bir neçə dəfə qəzəb vaxtı deyib ki, Romanın sərkərdələri onun qullarıdır, onun sərkərdələri isə Roma çarlarına bərabərdir”. Məhz bu fikrinə görə, romalılar Atillanı barbar olaraq görürdülər, yoxsa bunun hər hansı bir mədəni üstünlüklə əlaqəsi yox idi. Düşünün, əgər Atilla çöl qanunları ilə yaşasaydı, barbar həyat tərzi sürsəydi yüzilliklərin sınağından çıxmış bir imperatorluğu diz çökdürə bilərdimi?
Xatirələrdən öyrənirik ki, Atilla Romadan gələn adi nümayəndələri qəbul etməzdi. O, elçi kimi özü ilə danışmağa ya Nom, ya Anatoliy, ya da Senator tələb edirdi. Bu isə özündənrazı Roma əyanlarını hiddətləndirirdi. Romalılar üçün Atillanın sadə həyat sürməsi çox təəccüblü idi. Atilla qoşunu ilə birlikdə qalır, onlar kimi həyat sürür, çadırını onların içərisində qururdu. Hökmdar olsa da, dəbdəbəli saraylarda yaşamazdı, qonaqlarına qarşı sayğılı idi, xəyanət edənləri cəzalandırardı. Çox sadə idi. Bunu Atillanın qonaqlara verdiyi ziyafət mərasimini təsvir edən Prisk söyləyir: “Bizim üçün gümüş qablarda əla yeməklər hazırlamışdılar. Atillanın qabağında isə ağac qabda, bişmiş ətdən başqa heç nə yox idi. Bütün başqa şeylərdə də, o, eyni sadəlik göstərirdi. Ziyafət iştirakçılarına gümüş və qızıl qədəhdə şərab paylansa da, onun piyaləsi ağacdan idi. Onun geyimi də sadə idi. Səliqəlilikdən başqa heç nə ilə fərqlənmirdi. Onun qılıncı da, barbar ayaqqabısının ipləri də, atının yüyəni də qızılla, daş-qaşla və başqa skiflərdə olduğu kimi əsari-ətiqlə bəzədilməmişdi”

Məhz buna görədir ki, romalılar Atillanın ləyaqətini anlamırdılar.

Dilqəm Əhməd

 

Kitabın təqdimatı

“Attilanı necə gördüm”

Türk Hərəkatı İctimai Birliyi uğurlu layihəyə imza atıb

DAK informasiya mərkəzinə daxi olan məlumata əsasən Türk Hərəkatı İctimai Birliyi Paniyalı Prisk adlı Bizans elçisinin “Attilanı necə gördüm” adlı kitabının təqdimat mərasimini keçirib. Kitab THİB-nin layihəsi çərçivəsindəƏlisa Nicatın tərcüməsində, nəşr olunub.

Böyük Türk hökmdarı Attilanın hakimiyyəti dövründə Bizansın elçisi sifəti ilə göndərilən bir adamın dilindən yazlan yeganə tarixi sənəd olan bu əsər tarixin avropalı alimlər tərəfindən saxtalaşdırılmasına tutarlı bir cavabdır. Tədbiri giriş sözü ilə THİB sədrinin birinci müavini Nigar İbrahimova açdı. Və vurğuladı ki, bu nəşr THİB-nin uğurlu layihərindən biridir.

Bu səpgidə daha uğurlu nəşrlər olacaq. Daha sonra söz təşkilatın sədrinə verildi. Təşkilat sədri Həbib Ələkbərov vurğuladı ki, bu kitab Attilanın öz dönəmində yaşamış bir adamın dilindən yazıldığı üçün daha doğru və təqdirəlayiqdir. Ona görə bu əszri tarixi bir kitabdan daha çox tarixi bir sənəd xarakteri daşıyır, hətta tədris vəsaiti kimi də istifadə oluna bilər

. Əlisa Nicatın salamlarını çatdıran natiq Əlisa Nicatın adından vurğuladı ki, Avropada minə yaxın kitab yazılıb ki, bunların da hamısı məhz Priskin bu Xatirələrinə istinad olunub. Amma bir çox dünya dillərinə tərcümə olunsa da türk dilində heç bir tərcümə yoxdur, bu birinci dəfədir.

Hətta Anadolunun özündə də Priskin Attila haqqında Xatirələri nəşr olunmayıb. Natiqin bu fikrini tədbir iştirakçıları təsdiqlədi. Kitabın naşiri olaraq Həbib Ələkbərov onu da qeyd etdi ki, kitabda verilmiş şəkillər ardıcıllıq və mətn uyğunluğu baxımından xüsusi seçilib və harmoniya təşkil edir. O bu layihənin daha da genişləndiriləcəyini bildirdi.

Həmçinin onu da bildirdi ki, kitabın bu günə nəşr olunması təsadüfi deyil. Bu, THİB-nin Əlisa Nicatın doğum gününə töhfəsidir. Kitabın hərtərəfli ayrıntılarını dilə gətirən sədr daha sonra sözü türkoloq-alim Aydın Mədətoğluna verdi. “Bu gün çox yaxşı haldır ki, bu məclisdə gənclər iştirak edir. Əlisa Nicat barmaqla göstəriləsi alimlərimizdən, böyük şəxsiyyətlərdəndir.

Oljas Süleymenovun belə bir sözü var: bizi üzü Qərbə dəfn eləyiblər amma anlamırlar ki, Qərb Çin dənizindən Şərqədir. Attila haqqında heç vaxt düzgün əsərlər yazılmayıb. Bu işə, bu əmələ gəlincə belə bir el məsəli var-bir balaca boyu, dam dolusu toyu var. Bu, tarixi sənəddir. Bilirsiniz, bu əsər Azərbaycan tarixşünaslığında ilk işdir ki, birbaşa real sənədə əsaslanır.

Mən bu adama birbaşa Bizansın casusu deyərdim”. Şair Rüstəm Behrudi – mən doğrudan da gənclərin işini təqdirəlayiq hesab edirəm. Bilirsiniz vaxt var idi mən darıxanda Əbülfəz bəyə üzümü tutardım, indi düşünürəm ki, üzümü Əlisa Nicata tuta bilərəm. Attila haqqında həmişə düşmən mövqedən yazılıb. Onun haqqında mən illərdir ki, bir əsər yazıram və məlumatın azlığını görürəm. Düzgün tarix yoxdur.

Attila haqqında ilk əsər Heminqueyin əsəri olub ki, o da heç vaxt bir türkə düzgün mövqedən yanaşa bilməzdi. Bu baxımdan bu kitabı qiymətləndirirəm və gəncləri atdıqları uğurlu addıma görə alqışlayıram. Düşünürəm ki, THİB bu istiqamətdə daha çox işlər görəcək”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirdi ki, Türk Dünyasında, o cümlədən Azərbaycanda Attilaya özəl bir sevgi var. Hətta insanlar öz övladlarına Attilanın adını qoyurlar. Lakin bu şəxsiyyət barədə ümumi bir bilgisizlik var: “Düşünürəm ki, bu kitab Azərbaycandakı Attilasevərlər üçün dəyərli bir hədiyyə oldu”.

Folklorşünas-alim Əli Kərimbəyli-bilirsiniz, bura mənim ruhumun olduğu bir tədbirdir. Bu kitab yaddaşımızın siyasi mövhumat tozundan təmizləmək məqsədi daşıyır. Mən bu işə balaca bir iş deməzdim, bir kibrit çöpü deyərdim. Bu bir kibrit çöpü isə daha böyük hadisələri alovlandıracaq. Mən inanmıram ki, Həbib bəy tipində olan gənclər bunu bacaracaq.

Attila haqqında avropalılar çox yazıb. Mən arzu edərdim Mete, Alp Ər Tonqa, Asparhun haqqında belə kitab yazılsın. Mən bu tədbir üçün təşəkkür edirəm. Attilanın qadını Altın Arı (qızıl) indiki Kiyevi qızına hədiyyə verdi-mənası göy evi-yəni, kürəkən evideməkdir. Zaman-zaman Kiyev adlandı. Çox gözəl tədbirdir, bu ənənəni silsiləyə çevirin.

Mən də bu yolda sizə kömək edərəm”. Azərbaycan Vətənpərlər İctimai Birliyinin sədri Taleh Əliyev-Türk Hərəkatı İctimai Birliyi dünənimizin sabaha daşınmasını təmin edir. Siz bu yolda artıq ixtisaslaşmısınız. Uğurlar arzu edirəm”. “Gəncə” yurnalının sahibi və baş redaktoru Elcan bəy isə “biz heç bir iş görmədik deyə avropalılar bizə yanlış tanıtdılar.

Çox sağ olun ki, belə bir iş ərsəyə gətirmisiniz”. Yayım Assosiyasının sədri Yaşar bəy-mən Əlisa Nicatı tarix elminin sərkərdəsi hesab edirəm. O mənim tanıdığım yeganə insandır ki, öz evini satıb kitab çap elətdirib. Qonaqlardan Rəşad Sahil, Mübariz bəy, “Sağlam inkişaf və maarifləndirmə” İctimai Birliyindən Tural bəy, öz fikirlərini çatdırıb, bu tədbirin davamlı olmasını dilədilər və ürəklərincə olduğu üçün təşkilatçılara minnətdarlıqlarını bildirdilər.


Mənbə: DAK mətbuat 13.08.2009 12:28   

Реклама
Categories: Tərcümələri haqqında | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: