On bir düha

On bir zəka qəhrəmanı,
On bir göylər sakini,
Əbədilik qəlbimin
Oldular son hakimi.

Birincisi Əlidir
Alicənab qəhrəman,
Müdrik, müqəddəs insan!

İkincisi Üzeyir
Ölməz səslər yaradan!

Üçüncü Şopenhauer
Dünyada ən kədərli
Həqiqətlər atası.

Dördüncüsü Qobino
Bu fikir cəsuruna
Varmı görən çatası?!

Beşincisi Nitşedir
Müdriklik məbədinin,
Məğrur, tənha kahini.

Altıncı İppolit Ten
Fəlsəfənin şahini!

Yeddincisi Lebondur,
Lebon — xalqlar qənimi!

Səkkizincisi Burkhard
Oxuya bilməməyim,
Daim yandırır məni.

Doqquzuncusu Coys
Nəsrin bükülməz dizi.

Onucusu Şpenqler
Almanların son sözü.

On birinci Qumilyov.
Dövrün fikir fərhadı.
Niyə peyğəmbər deyil,
Adi insan çağırılır
Bu on birlərin adı?!

Реклама
Categories: Şeirlər | 1 комментарий

Навигация по записям

One thought on “On bir düha

  1. RESHAD ADSIZ

    ƏLİSA BƏY KAFKANI DAHA ÖNCƏ OXUDUĞU VƏ DAHA ÇOX QƏBUL ETDİYİ HALDA 1986-CI İLİN BU ŞEİRİNDƏ MARAQLIDIR Kİ ONU YOX, COYSU XATIRLAYIR. BELƏ ÇIXIR Kİ KAFKANI QƏTİ OLARAQ BİRİNCİ YAZAR HESAB ETMƏSİ BUNDAN SONRAKI DÖNƏMƏ AİDDİR.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: