Nəriman Nərimanov və Mircəfər Bağırov

 

 

 

 

 

 

 

Bağırov – Heyf ki, belə tez ölüb əlimdən çıxdın. Dünyada ən ağır cəzanı sənə verdirəcəkdim.
Nərimanov – Niyə, ona görə ki, səni ÇK-ya sədr təyin elədim ?
Bağırov – Xeyr, Azərbaycanda qurduğun sosializmə görə. Xalqımızın başına açdığın bəla və müsibətlərə görə.
Nərimanov – Paho. “Qara məni basınca mən qaranı basım” buna deyərlər. Bəla və müsibətləri mən açdım, ya sən ?
Bağırov – Əlbəttə, sən. Mən Azərbaycan demokratik respublikasında canla-başla xidmət edəndə Həştərxanda qırmızılara qulluq edib 11-ci ordunu öz xalqının üzərinə kim göndərdi ?
Nərimanov – Əvvələn, ordunu mənsiz də göndərirdilər. İkincisi, yenə mənə görə qırğın olmadı.
Bağırov – Gələnlərə güllə-zad atdılar ki, qırğın da olaydı ?
Nərimanov – Onsuz da olan olacaqdı. Məni də aldatdılar. Nə bilim sosializmin mənası bu deməkdir. Bəs sən niyə sonra millətin olan-qalanlarını da güllələtdirdin, digərlərini isə sürgünlərdə çürütdün ?
Bağırov – Fanatik kommunistləri. Stalinin ən sadiq təbəələrini.
Nərimanov – Bəs Cavid, Müşfiq, Yusif Vəzirlər ?
Bağırov – Onlardan hər respublikada güllələndi. Azərbaycan göydən düşməmişdi ki.. Bir də onların üzünə duran kim oldu ? Öz dostları, həmkarları. Millətin qaymağı belə olanda kütləsi necə olar ? Bəs niyə mənim müharibə dövründəki xidmətimdən danışmırsan ? Azərbaycan diviziyasını yaratmağımdan və ya Azərbaycanlıları kütləvi surətdə Qazaxıstan düzlərinə sürgün edilməyə qoymamağım barədə niyə susursan ?
Nərimanov — Bəs sonra neylədin ? Xalqın bütün kişilərini qorxudub elə xədimə göndərdin ki, nə qədər söyülürlərsə bir nəfərdən də səs çıxmır. Bəs Heydər Hüseynov ?
Bağırov — Xədimliyin də bünövrəsini də siz qoydunuz. Heydər Hüseynova gəldikdə isə deyirsən ki, iyirmi illik rəhbərliyimdə bir dənə də səhv buraxmayım ? Yaxşı, mənim qorxaq və mənsəbpərəstlərə çevirdiklərim rüşvətxor ki, deyildilər, yerlipərəstliyin nə olduğunu ki, bilmirdilər. Bəs sonra gələnlər, neylədilər ? Aşağıdan yuxarıya kimi bütün vəzifələri elə rüşvət hərislərinə döndərdilər ki, bütün xalqı tutub damlasan da düzəlməz. İndi respublikada sahədə olur-olsun, bir nəfər vəifəli göstərı bilərsənmi ki, rüşvət almasın ?
Nərimanov – Bunların hamısı sənin əməllərinin nəticəsidir. Xədimə dönənlərin oğul və nəvələrindən bundan artıq nə gözləmək olar ?
Bağırov – Hə, bu tamam başqa məsələ. Bu mənim özümdən asılı olmayan günahımdır. Biz elə millətik ki, rəhbərlərimiz, ağalarımız bizə deyəndə ki, “get filankəsin papağını gətir”, biz onun papağıyla birgə başını da kəsib gətiririk. Mən də ruslara xüsusi bir xidmət etmək istədim. Ancaq ağlıma gəlmədi ki, həddini aşan qulluq hərisliyi tamamilə əks nəticə verir. Yaxşı, çəmin baxıb ibrət almaq üçün nümunım yox idi, bəs məndən sonra gələnlərə nə olmuşdu ?
Nərimanov – Dedim ki, səndən qalan “irs”in, qoyduğun qayda-qanunların, yaratdığın mühitin nəticəsidir.
Bağırov – Bəs onda niyə mənim vaxtımda Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı kimi korifeylər yetişdi, sonrakılar hamısı cır oldu ?
Nərimanov – Onlar sənin yetişdirmələrin deyildi. Hələ sənin repressiyalarının qorxusu olmasaydı, ALLAH bilir, nələr yaradardılar. Sonra gələnlər isə, sən nə tələb edirdin, onu “yaradır”dılar, daha hardan korifey olacaqdılar ?
Bağırov – Bəs lap sonra gələnlər?
Nərimanov – Lap sonra gələnləri deyirsənsə, yenə onlara min rəhmət ki, yazılarında az-çox həyat əlaməti göründü.
Bağırov – Bəs eyni vəziyyətdə olan rus yazıçıları min bir məhrumiyyət içində və ya sürgünlərdə belə acı həqiqətləri təsvir edib gələcək üçün irs qoyurdular, bizimkilər heç olmazsa indi memuar da yaza bilməzlər ? Öz əməllərini təsvir edib niyə üzr istəmirlər ?
Nərimanov – Xədim məsələsi nə tez yadından çıxdı ? “Bəlkə də qaytardılar” məsələsi. Hələ də inana bilmirlər ki, heç bir şey əbədi deyil.
Bağırov – Deməli, on beş respublika içində yalnız Azərbaycanda bir dənə də necə deyərlər, “disident” olmamasının da səbəbi budur ?
Nərimanov – Əlbəttə. Çünki başqa yelərdə “disident”i çağırıb dilə tuturdular, şəxsi tələb və ehtiyaclarını yerinə yetirirdilər. Hətta böyük məsələlərdə müəyən güzəştlərə gedirdilər, sən, sənin şagirdlərin və onların varisləri isə elə elə birinci dəfədən dama salıb o qədər döyürdülər ki, ya ölürdü, ya gedib-gəlməzə yollanıb itib-batır, ya da ələ alıb satqına çevrilirdilər.
Bağırov — Yaxşı, bəs niyə belə edirdilər ?
Nərimanov – Çünki, sənin kimi xidmət etmək ehtirasları tüğyan edir. Çünki belə eləməklə özlərinin zəngin həyatlarını, övladlarının təmin olunmuş gələcəklərini qorumuş hesab edirdilər. Hə, daha nə sözün var ?
Bağırov – Daha heç nə…

Реклама
Categories: Ruhların söhbəti | 2 комментария

Навигация по записям

2 thoughts on “Nəriman Nərimanov və Mircəfər Bağırov

  1. Allah sizdən razl olsun pasam!

  2. Ali Ekber

    Təəssüf ki,bu bölmə yenilənmir.Çox istərdim ki,digər söhbətlər də burada paylaşıla idi((

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Создайте бесплатный сайт или блог на WordPress.com.

%d такие блоггеры, как: