«Ruskoyaziçnik»lər

Avropa, Amerika, Asiya ölkələrinin vətəndaşlarına həmişə müraciət edib soruşanda ki, sizdə hansı bir xarici dildə DÖVLƏT, təkrar edirəm, dövlət orta və ali məktəbləri varmı? Həmişə təəccüblə dolu eyni, qarşılıqlı sualla rastlaşmışam. – Nə danışırsız, elə şey ola bilərmi?
Bəli, universitetlərdə xarici dil tədris olunur, müxtəlif şəxsi kolleclər də olur. Amma xarici dildə dövlətin maliyyələşdirdiyi bütöv orta məktəblər dünyanın heç bir ölkəsində yoxdur. Universitetlərdə, xüsusən dövlət universitetlərində bütöv sektorlar, fakültələr… Belə şey dünyanın hazırki 200 neçə ölkəsinin heç birində yoxdur.
Hər hansı bir ölkədə emiqrantların dilində ibtidai məktəblər var, hər yerdə. Hətta onların öz universitetləri də ola bilər. Bu, tamam başqa məsələdir. Axı, bizdəki rusdilli orta məktəblər və universitetlərin rus sektorları ruslar üçün deyil, axı onlarda rus xalqının nümayəndələri oxumur. Hamısı bizim ruskoyazıçnı anaların qızları, oğlanlarıdır, əlbəttə, biz şərəfsizlərdən başqa.
Ruslar və Rusiya bütün tarix boyu və indi də ermənilərin mövcudluğunun qarantı, necə deyərlər, xilaskarlarıdır. Dağlıq Qarabağın qaytarılmasına mane olan yeganə qüvvə də ruslardır. AMMA ERMƏNİSTANDA RUSDİLLİ ORTA VƏ ALİ MƏKTƏB YOXDUR. Təkrar edirik, rusdilli orta, onbirillik məktəblər yoxdur. Rusların doğma qardaşı olan Ukraynada isə ümumiyyətlə, orta və ali məktəblərdə rus dili tədrisi Q A D A Ğ A N D I R!!! Bizim toyuq beyinli analar, Təhsil Nazirliyi və başqa daha yüksək səviyyələrdəkilər isə … yalamaqda davam edirlər. Özü də qoyun sürüsü kimi hər il yanvar və fevralda rusların qırdıqları məzlumlar üçün göz yaşları axıda-axıda.
Biz rus xalqının və rus dilinin düşməni deyilik və bizcə, rus xalqı ona görə mövcuddur ki, dünyanın istedadlı xalqlarının – almanların, fransızların, ingilislərin, italyanların, yaponların, çinlilərin, skandinavların, hətta pribaltların yüksək zəka və mənəvi qüdrəti fonunda kütbeyinlik və mənəviyyatsızlıq kontrastı kimi.
Şəxsən biz dünya ədəbiyyatına, fəlsəfəsinə bələdliyimizə görə rus dilinə minnətdarıq. Ona görə söhbət prinsipdən, milli heysiyyatdan, dövlət siyasətindən gedir. Rus dilinin bu dərəcədə intişar edilməsinin qabağını ilk növbədə Prezident Aparatındakılar, Təhsil Nazirliyinin rəhbərləri almalıydılar. Rus dili orta və ali məktəblərdə bir fənn kimi qala bilər və qalmalıdır. Söhbət bütöv onbirillik rusdilli məktəblərdən, universitetlərin rusdilli sektor və fakültələrindən gedir. Bu cür şərəfsizlik, qeyd etdiyimiz kimi, heç Afrikanın yam-yamlarında da yoxdur.
Bir dəfə Bakı Dövlət Universitetinə gedin. Dərslər qurtaranda sürü kimi çıxan tələbə qızların içində olun və baxın görün bu siçan beyinli məxluqlar kütləvi halda doğma dilləri kimi necə fəxrlə, iftixarla rus dilində danışa-danışa gedirlər. Pah atonnan, ikiayaqlı olasan, gözəl liçikon ola, amma beynin siçan beyni ola.
Ruskoyazıçniklər, gedin Fransaya, yaxud Almaniyaya və ya İngiltərəyə, görün orada fransızca bilməyən anqloyazıçnikə rast gələ bilərsənmi? Ola bilərmi ki, Almaniyada alman ailəsi ispanoyazıçnik olsun? Bizdə isə doludur. Necə deyərlər, it əl çəkdi, motal əl çəkmir.
Xalq heç cür millət ola bilmir ki, bilmir. Bunun isə uzun, çox uzun bir tarixi var. Eradan əvvəl VIII-IV minilliklərdə Dəclə-Fərat hövzəsindəki bəhrəli ərazilərdə özlərini «qarakəllələr» adlandıran Şumer adlı xalq varmış və bu xalq ümumiyyətlə, dünya sivilizasiyasının pionerləri olub. Özləri də prototürkdilli millət olublar və göründüyü kimi min illər boyu xoşbəxt, firavan həyat sürüblər. Sonra həmişə olduğu kimi vətəndaş müharibəsi başlayıb və Şumer şəhərləri bu müharibənin alovlarına bürünüb. Bundan istifadə edən vəhşi, kütbeyin qonşular hücum edib hamısını qırıb-töküblər.
Nəticədə şumerlər – özlərinə məxsus antopoloji xüsusiyyətləri olan «qarakəllələr» bir etnos kimi silinib gediblər.
Eləcə də, qədim Misirin özlərinə məxsus kəllələri, gözləri və sifətləri olan koptlar da yavaş-yavaş qonşuların, axırda da ərəblərin içində əriyib gediblər.
Biz də əlbəttə, mənşəyimizi çoxdan itirmişik, özü də dönə-dönə. Amma qəribə burasıdır ki, dilimiz qalıb. Millət, etnos saysız-hesabsız işğalçıların və gəlmələrin içində əriyərək, onlarla qaynayıb-qarışaraq həftəbecər, qəribə, əcaib bir millət əmələ gəlib. Qorxaq, yaltaq, utanmaz, şərəfsiz, kütbeyin bir sürü və bu cür də özünəməxsusluq əmələ gəlib, yəni azərbaycanlı sifəti, xarakteri.
Aydındır ki, dil millət göstəricisi kimi heç nədir. Əsas şey xaraterdir, davranışdır, özünə və özgələrə münasibətdir. Bu cəhətlərə görə isə bizdə heç bir fərdi xüsusiyyət yoxdur, varsa, o da milli hisslərdən tamamilə məhrumluğumuzdur. Bəli, bizdə milli hisslər yoxdur, yerli-dibli yoxdur, izi-tozu yoxdur. Amma qəribədir ki, çox da dərində olmasa da, tayfa hissləri, rayon və kənd hissləri qalır. Amma bu da nisbətən. Doğrudur, Qüzeydə dövlət kimi 90 ildir ki, guya mövcuduq, amma oyuncaq dövlət kimi. Ondan-bundan asılı olan, onun-bunun zurnası ilə oynayan dövlət kimi.

 

Реклама
Categories: Köşələr | Оставьте комментарий

Навигация по записям

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

Блог на WordPress.com.

%d такие блоггеры, как: